
Əslində Ermənistan ikinci Ukraynadır – eyni nankor, millətçi düşüncəli və Qərbin altına uzanmağa hazır! Proses artıq geridönməzdir. Rusiya bu “qulpsuz çamadanı” özü ilə daşımamalıdır, bəsdir artıq!
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı ekspert İqor Korotçenko deyib.
O bildirib ki, bu gün qəbul edilən bütün qərarlar yalnız və müstəsna olaraq Rusiyanın milli maraqlarına əsaslanmalıdır, erməni lobbiçilərinin Rusiya Federasiyasında qərar qəbuletmə mərkəzlərinə təsir imkanları tamamilə bloklanmalıdır:
“Azərbaycanın ərazi bütövlüyünün təmin olunması Rusiyanın milli maraqlarına cavab verir və Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin tələbidir”.