Erməni əsgər Azərbaycan tərəfə keçdi - Təcili

Ermənistan əsgəri yolu azaraq, Azərbaycan ərazisinə keçib.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.
Bildirilib ki, “Ural” hərbi maşını ilə təchizat aparan əsgər bu gün saat 12:20 radələrində duman səbəbindən Azərbaycan ərazisinə keçib və onunla əlaqə kəsilib.
Azərbaycan MN məsələ ilə bağlı açıqlama yaymayıb.