Xəbər lenti
Axtar
02 Şub 2023, 14:36   
    74


Bakı və İrəvanın bu qərarı bizi çətin vəziyyətə saldı

Ermənistan və Azərbaycanın Avropa Birliyi ilə birlikdə 1991-ci il Almatı Bəyannaməsində qeyd olunan şərtlər əsasında sülh müqaviləsi bağlamağa hazır olduqları barədə sənəd imzalamaları Moskva üçün gələcək addımlar barədə qərar verməyi çətinləşdirdi.

XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Rossiya 24” kanalına müsahibəsində deyib.

“Çünki Almatı bəyannaməsində deyilir ki, yeni müstəqil dövlətlər arasında sərhədlər SSRİ-nin, ittifaq respublikalarının, o cümlədən Ermənistan SSR-in və Dağlıq Qarabağ Muxtar Vilayətinin də daxil olduğu Azərbaycan SSR-in inzibati sərhədləri boyunca keçəcək. Ancaq burada vəziyyət çoxşaxəlidir. Və bu çətin vəziyyətdə KTMT-nin sülhməramlı missiyanın yerləşdirilməsi planını tərtib etməsi çox mühüm nailiyyət idi. Bu təklif hələ də müzakirə olunur. Əgər erməni dostlarımız, müttəfiqlərimiz hələ də buna maraqlıdırlarsa, o zaman bu missiya 1-2 gün ərzində yerləşdirilə bilər”.
loading...