Vasif Talıbovun xidməti maşını və mühafizəsi əlindən alındı

Bu gün istefa verən Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun şəxsi mühafizəsi və xidməti maşını hələ ötən gündən əlindən alınıb.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, dünən Bakıdan qayıdan Ali Məclisin sabiq sədri V.Talıbov hava limanından hər zamankı formada deyil, VIP qapıdan keçib. Onu hava limanında heç kim, o cümlədən mühafizə dəstəsi qarşılamayıb. Kiçik oğlu Seymur Talıbov atasını hava limanından götürüb.
Qeyd edək ki, onun evinin ətrafında olan mühafizə polisi də iki gün öncə ləğv edilmişdi.