Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ərdoğan azərbaycanlı yazıçıya mükafat verdi
  • DİM nazirlikdə bu müsahibələri ləğv etdi
  • Azərbaycanın xarici siyasət strategiyasında dövlətlərarası əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir
  • İrəvan dəhlizə qarşıdır: Bakı bu addımı atacaq – Erməni professor
  • Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Qriqoryan
  • Azərbaycan bu gün ilham mənbəyinə çevrilib
  • Bayramov iranlı həmkarı ilə danışdı: Nələr müzakirə edildi?
  • Tarixi Zəfərin əsas formulu – VİDEO
  • 8 Noyabr - Zəfər Günüdür!
  • Allahverdi Bağırovun qəbrində kim dəfn edilib? - Video
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin təbriki
  • Bakı və Astana bu sahədə əməkdaşlıq edəcək
  • Bayramov Borrellə sərhədi müzakirə etdi
  • Bayramov Çavuşoğlu ilə danışdı
  • Puqaçovanın nəvəsi səfərbərliyə çağrıldı
  • Azərbaycan Fransadan təzminat tələb edir
  • Bu Dövlət Xidmətinin səlahiyyətləri genişləndirildi
  • Dünya məhvin BİR ADDIMLIĞINDA: "Milyonlarla qurbanı olan nüvə müharibələri baş verəcək"
  • Səfərova: Ermənistan 4 ölkə ilə qonşudur, 3-nə ərazi iddiası var
  • Əskişəhərdəki həmvətənlərimiz aksiya keçirdi
  • Səfərbərlikdən qaçan ruslar sərhəddə saxlanıldı
  • Paşinyan Overçukla görüşdü: təfərrüat bəlli deyil
  • Vilayət Eyvazov rəisi işdən çıxardı
  • Paşinyan Səmərqəndə getməkdən imtina etd
  • Şəhid Milli Qəhrəman Polad Həşimovun ailə üzvlərini ziyarət etdik.
  • 10 Eki 2022, 21:19   
        120

    Bayramov Borrellə sərhədi müzakirə etdi

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 10-da Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrellə telefon danışığı zamanı Ermənistan tərəfinə təqdim olunan sülh müqaviləsinin elementləri və delimitasiya üzrə işlərin tezliklə başlanmasının vacib olduğunu açıqlayıb.

    XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Telefon danışığı zamanı Praqada 6 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında keçirilmiş dördtərəfli görüşün nəticələri və bundan irəli gələn məsələlər, habelə bölgədəki vəziyyət müzakirə edilib.

    Avropa İttifaqının ali nümayəndəsi Borrell Avropa İttifaqının missiyası üzrə hazırlıq işləri barədə məlumat verib. Aİ tərəfi Praqa görüşünün nəticələrini yüksək qiymətləndirib, bölgədə sülh və sabitliyin yaradılması istiqamətində Aİ öhdəliyini qeyd edib.

    Nazir Ceyhun Bayramov öz növbəsində Praqa görüşünün bölgədə sülhə töhfə verilməsi baxımından gözləntilərini diqqətə çatdırıb. Bununla yanaşı, Cenevrə görüşü zamanı sülh müqaviləsinin elementlərinin Ermənistan tərəfinə təqdim olunduğu, bu və delimitasiya üzrə işlərin tezliklə başlanmasının vacib olduğunu vurğulayıb.

    Telefon danışığı zamanı, digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    loading...