Xəbər lenti
Axtar
03 Eki 2022, 21:04   
    130

Bu Dövlət Xidmətinin səlahiyyətləri genişləndirildi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin səlahiyyətləri genişləndirilib.

XƏBƏRTV.AZ Axar.az-a istinadən xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması Qaydaları”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, sənədin 2.21-ci bəndinə 4-cü bənd əlavə edilib. Həmin bənddə deyilir ki, antiinhisar siyasəti həyata keçirən qurumun tələb etdiyi sənəd və məlumatlar təqdime dilmədikdə onun məhkəməyə müraciət etmək hüququ yaranır.

Baş nazirin imzaladığı dəyişikliklə həmçinin antiinhisar qurumundan məhkəməyə müraciət edilməsi şərtləri də dəyişib. Belə ki, əvvəllər məhkəməyə müraciət hüququ antiinhisar qurumunun qərar çıxartdığı gündən 6 ay müddətində yaranırdısa, yeni versiyada rəsmi təqdim edildiyi gündən 30 gün müddətində məhkəməyə müraciət etmək imkanı verilir.
loading...