Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • Türkiyə Müdafiə Nazirliyindən 31 Mart Soyqırımı Günü ilə bağlı PAYLAŞIM
  • 24 Nis 2022, 09:15   
        199
    Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç

    Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç

    Birinci Dünya müharibəsi zamanı Osmanlı dövləti yeddi cəbhədə döyüşürdü. Müharibəni fürsət bilən erməni silahlı dəstələri arxa cəbhədə, Şərqi Anadolu bölgəsində minlərlə türkü - qadınları, uşaqları və qocaları işgəncə ilə kütləvi şəkildə qətlə yetirib. Osmanlı dövləti də erməniləri Suriya və Livana köçürüb, yəni döyüş meydanından kənara çıxarıb. Bunun adı yerdəyişmədir, soyqırım deyil.

    XEBERTV.AZ xəbər verirki, bu sözləri 24 aprel qondarma erməni soyqırımı “günü” ilə bağlı Axar.az-a danışan Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç deyib.

    Hulusi Kılıç bildirib ki, ötən əsrin 70-ci illərindən etibarən soyqırım iddialarının beynəlxalq müstəvidə müzakirə mövzusuna çevrilməsinin məqsədi aydındır:

    “Soyqırım iddiaları erməni diasporunun əsas yaşama səbəbidir, erməni kilsəsi buradan mənfəət götürür. Əfsuslar olsun ki, bəzi ölkələr də əllərində heç bir dəlil və sübut olmadan soyqırım yalanını müdafiə edir. ABŞ və Fransa kimi ölkələr soyqırımın olduğunu iddia edərək yalana imza atıblar. Tarixçilər tarixlə, siyasətçilər də siyasətlə məşğul olmalıdırlar. 1915-ci ildə baş verən hadisələrin küllərində soyqırım iddiası axtaranlara mən Xocalını göstərirəm. Onlar Xocalıya baxmalıdırlar. 1992-ci ildə Xocalı xəritədən silinib, amma həmişə hadisələrə ikili standartlarla yanaşan Qərb burada baş verən soyqırıma göz yumub. Halbuki Xocalıdakı soyqırımın görüntüləri, fotoları və şahidləri var. Ancaq biz deyirik ki, it hürər, karvan keçər”.

    Diplomatın sözlərinə görə, bu gün daha güclü bir Türkiyə və Azərbaycan var:

    “Hətta iki qardaş dövlətin gücünün birləşməsi ilə qüdrətli bir regional güc ortaya çıxıb. Hər kəs bilməlidir ki, bu güc sülh, inkişaf və sabitlik üçündür. Şuşa Bəyannaməsində də qondarma soyqırım iddialarına qarşı birgə əməkdaşlıq nəzərdə tutulub. Erməni diasporu və Ermənistan dövləti, xalqı əsilsiz soyqırım iddialarından birdəfəlik imtina etməli, Türkiyə və Azərbaycanın onlara uzatdığı əlin qiymətini bilməlidir. Çünki bu əldə erməni xalqı üçün çörək var. Siyasi mənfəət qazanmaq üçün yalan iddiaları dəstəkləyənlər tarixdə cinayətkar kimi qalacaqlar. Hazırda erməni gənclərini belə uydurmalarla zəhərləyənlər günahkar və cinayətkardırlar. 1970-ci illərdə Paris, Vyana, Belqrad, Madriddəki və dünyanın bir çox yerində səfir və konsullarımıza qarşı erməni terror təşkilatları xain şəkildə sui-qəsdlər həyata keçirib, terror aktı törədiblər. Nəticədə xeyli sayda diplomatımız şəhid olub. Onların heç bir günahı yox idi, sadəcə sülh üçün çalışırdılar.

    Nə edirlərsə etsinlər, haqq öz yerini tapacaq və dövlətlərimizin birgə addımları, qardaşlığı, artan gücümüz və inkişafımız onlar üçün ən yaxşı cavab olacaq”.
    loading...