Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • Rövşən Əkbərovun səhhətində PROBLEM YARANDI
  • ŞƏHİD İLQAR VERDİYEVİN "ANDINA SADİQ OĞUL"FİLMİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB
  • "Əziz Şuşa, Sən Azadsan!".
  • Fitrə zəkatı nə qədər verilməlidir? - Video
  • İlham Əliyev Emmanuel Makronu təbrik etdi
  • “WhatsApp”a yeni funksiya əlavə edilib - Gizli fotolara giriş...
  • Soyqırımdan danışanlar Xocalıya baxsınlar – Hulusi Kılıç
  • "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
  • Dünya azərbaycanlılarının Şuşa Zirvəsi: Diasporumuzun tarixi inkişaf yolu
  • Qədr gecələri nə vaxtdır? - QMİ
  • Deputat: "Operativ Qərargahdan xoş xəbərlər veriləcək" - VİDEO
  • Azərbaycanla 10 mühüm saziş imzalandı - Japarov
  • Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ictimaiyyət nümayəndələri Fəxri Xiyabanda görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla yad etdilər.
  • Özbəkistanda Azərbaycan şöləni - Foto
  • Ailəsindən gizli döyüşə gedən əsgərimiz ŞƏHİD OLDU-ŞƏHİDİM_01
  • Tanınmış qələm ustadı Nəcibə İlkinin "Şəhidliyin Əli və İslam zirvəsi" adlı kitabının təqdimatı keçirildi
  • Dünyada Ərdoğan kimi siyasətçi azdır - Peskov
  • 24 Nis 2022, 08:50   
        202
    "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi

    "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
    BAKI-XEBERTV.AZ

    23 aprel 2022


    "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi
    Azərbaycan Dövlət Nəşriyyatında "Azərbaycan-Türk Xalqları Qardaşlığı" İctimai Birliyinin fəaliyyətindən bəhs edən jurnalın təqdimatı keçirildi. Təqdimatı giriş sözü ilə açan "Sənət dünyası nuru" jurnalının təsisçisi və baş redaktoru, "Kanal F 5"in təsisçi-direktoru, ATXQ İB-nin Nərimanov RT-nın sədri Fərqanə Məhiyəddin qızı Əhmədova iştirakçılara jurnalın xüsusi buraxılışı barədə geniş məlumat verdi. Jurnalın ilk səhifəsində Türkiyə- Azərbaycan qardaşlığını nümunəvi şəkildə inkişaf etdirən və dünyaya təqdim edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Türkiyə və Azərbaycan haqqında fikirlərinin yer almasının təsadüfi olmadığını vurğulayan Fərqanə xanım II səhifədə təqdim olunan İstanbulda keçirilən Türksoylu Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə R.T.Ərdoğan tərəfindən İlham Əliyev cənablarına "Türk Dünyasının Ali Ordeni"nin təqdim olunması haqqında qürurverici səhnənin görüntülərini xüsusi məqam kimi diqqətə çatdırdı. Azərbaycan Respublikasının I Vitse-Prezidenti, UNESKO VƏ İSESKO-nun sülhməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın "Birlik kəlməsi türk və Azərbaycan xalqlarının dostluğunu əks etdirir" başlıqlı fikirləri də iki ölkə arasında münasibətlərin həqiqi qardaşlıq çərçivəsində inkişafından xəbər verən amil kimi qiymətləndirildi. Jurnalda türksoylu xalqlar, "Azərbaycan-Türk Xalqları Qardaşlığı" ictimai Birliyinin rəhbərləri, onların məram və məqsədləri haqqında məlumatların, yarandığı qısa müddətdə birlikdə görülən bir çox işlərin və digər məlumatların əks olunduğunu bildirən Fərqanə Əhmədova xüsusi buraxılışa birliyin dəyərli əməkdaşları Məhəmməd Alqayev və Ədalət Heydərovun şəhid övladları - Milli Qəhrəmanımız Harun Alqayev və Qadir Heydərov haqqında məlumatları daxil etməyi də özünə borc bildiyini vurğuladı. Fərqanə xanım jurnalın nəşr olunduğu ərəfəyə düşən tarixi günlərlə bağlı məlumatları da unutmadığını bildirdi. Çanaqqala zəfəri və 31 Mart soyqırımı ilə, o cümlədən böyük Azərbaycan şairi S.Vurğunla bağlı yazılar da bu qəbildəndir.
    ATXQ İB-nin sədri f.ü.f.d., dos.Səkinə Bayramova, sədrin I müavini f.ü.f.d.,dos. Yeganə Qəhrəmanova, müavinlər palkovnik Bədir Quliyev, Prezident təqaüdçüsü, şair-publisist Abil İslam, Ağsaqqallarla iş üzrə sədr müavini, palkovnik Telman Kərimzadə, birliyin Mətbuat Xidmətinin rəhbəri, ATA TV Xəbər portalının və "İctimai Xəbər Agentliyi"nin baş direktoru Rasafil Bayramov, birliyin katibi şair-publisist Hacı İlham Qurbanoğlu, Bakı şəhər sədri şair, yazıçı-publisist Nəcibə İlkin, Binəqədi RT-nın sədri şairə Xalidə Nuray, Nərimanov RT-nın sədr müavinləri f.ü.f.d.Təranə Həsənova, Güldanə Əliqızı və digərləri "Sənət dünyası nuru" jurnalının xüsusi buraxılışı kimi nəşr olunan jurnalın ərsəyə gəlməsində təşəbbüskar və icraçı Fərqanə Məhiyəddin qızına, eləcə də bu işdə rolu olan hər kəsə dərin təşəkkürlərini bildirdilər. Birliyin fəaliyyətini əks etdirən xüsusi buraxılışın dəyəri, gələcəkdə bu istiqamətdə işlərin genişləndirilməsinin zəruriliyi vurğulandı. Çıxışlarda ATXQ İB-nin Azərbaycanda və türk dünyasında öz sözünü deyə bilən birlik olacağına, öz səsini böyük türk dünyasına və bütünlükdə dünyaya çatdıracağına xüsusi inam ifadə olundu. Yarandığı qısa müddət ərzində birlik əməkdaşlarının gördüyü çoxsaylı işlər vahid məqsəd uğrunda yorulmaz fəaliyyətin nəticəsi kimi qiymətləndirildi. Bu işdə Səkinə xanım başda olmaqla rolu olan hər bir kəsə, o cümlədən ilk gündən öz fəallığı ilə diqqəti cəlb edən Fərqanə xanıma dərin minnətdarlıq ifadə olundu. Bu ilk təşəbbüsün gələcəkdə davam etdiriləcəyi, birliyin fəaliyyətinə dair müxtəlif çap vəsaitlərinin nəşr olunacağı bildirildi.
    Daha sonra Səkinə Bayramova "Azərbaycan Türk Xalqları Qardaşlığı" İctimai Birliyi adından Fərqanə xanıma təşəkkürnamə, Yeganə Qəhrəmanova "İctimai Xəbər Agentliyi" adından diplom, Binəqədi RT-nın sədri, tanınmış şairə Xalidə Nuray isə simvolik hədiyyə təqdim etdilər. Fərqanə Əhmədova Səkinə xanım başda olmaqla birlik rəhbərliyinə və bütün iştirakçılara minnətdarlığını bildirdi, hər kəsə ayrı-ayrılıqda təşəkkür etdi.
    Rəsmi yığıncaqdan sonra birlik əməkdaşları iftar süfrəsi ərtafında söhbətlərini davam etdirdilər.













    Rasafil Bayramov

    "İctimai Xəbər Agentliyi"nin və ATA TV Xəbər Portalının baş direktoru,
    ATXQ İB-nin Mətbuat Xidmətinin rəhbəri
    loading...