Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • Ərdoğan yanğınsöndürənlərimizin işindən danışdı
  • 09 Eyl 2021, 22:25   
        68

    Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?

    Hökumətin 2022-ci il dövlət büdcəsi ilə bağlı açıqladığı parametrlərlə bağlı iqtisadçıların ilkin reaksiyaları gəlməkdədir.

    XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli 2022-ci il büdcəsində vergi daxilolmalarının kəskin artmasına diqqət çəkib:

    “2021-ci il dövlət büdcəsində vergilər xətti ilə 7 milyard 250 milyon manat daxilolma nəzərdə tutulub, 2022-ci il büdcəsində isə vergilər xətti ilə daxilolmalar 9 milyard 138 milyon manat proqnozlaşdırılır. Bu, bir ildə 1 milyard 888 milyon manat fərq deməkdir.

    Çox ciddi artım, böyük rəqəmdir. Bu artım nəyin, hansı sahələrin, harada vergi artımının hesabına olacaq?!”

    Ekspert hesab edib ki, daha 2 milyarda yaxın vəsaitin əlavə olaraq vergidən toplanması üçün əgər vergilərin artırılması nəzərdə tutulursa, bu, böyük səhv olar:

    “Zatən biznes pandemiyadan zülm çəkib, onlara əlavə vergi yükü gətirmək insafsızlıqdır. Əgər hökumət vergi “ağardılması” hesabına yığımı artıracağını düşünürsə, bu da inandırıcı deyil – tək “ağarma” ilə 2 mlrd. əlavə vergi toplamaq mümkün deyil. Yox əgər hökumət, nəhayət ki, ƏDV-ni Gömrük Komitəsindən alıb Vergi Xidmətinə vermək istəyirsə, bu, doğru qərar olar, məhz bu zaman belə kəskin vergi artımı proqnozu məntiqli və yerində ola bilər. Amma burada da problem görürəm: 2020-ci ildə Gömrük Komitəsi 2 mlrd. 741 mln. 485 min manat ƏDV yığıb, deməli, əgər ƏDV Gömrük Komitəsindən alınıb Vergi Xidmətinə (İqtisadiyyat Nazirliyinə) verilməsi nəzərdə tutulursa, o zaman vergi daxilolmalarının 1,88 mlrd.manat yox, 3 mlrd. manata yaxın artımı nəzərdə tutulmalı idi. Deməli, bu məsələ də deyil”.

    Ekspert qeyd edib ki, hökumət mütləq bunun izahını verməlidir:

    “Bütün dünya pandemiyaya görə, iqtisadi aktivliyin artırılması üçün vergi-gömrük güzəştləri, biznesə, əhaliyə böyük yardım paketləri qəbul etdiyi halda Azərbaycan hökuməti vergiləri artırmağımı düşünür?”

    İqtisadçı Fərhad Hüseynli isə bildirib ki, 2022-ci il nəzərdə tutulan artım müstəqillik dövrünün rekord artımlarından biridir. 2021-ci ilin ilk 7 ayının proqnozuna 126% faiz (5 milyard 273 milyon) əməl edilibsə və bu artım tempi ilin sonuna doğru qoruna bilsə, 2021-ci ildə belə vergitutma bazasını genişləndirmədən, vergi dərəcələrini, vergi yükünü artırmadan, sahibkarlara əlavə öhdəliklər gətirmədən ciddi artım yaşanacaqdır.

    Əkrəm Şıxlinski də F.Hüseynlinin fikirlərini bölüşüb. Bildirib ki, 2021-ci ilin ötən 7 ayında Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 5 milyard 273,7 milyon manat vergi daxil olub, proqnozdan əlavə 26,2 faiz vergi toplanıb. Bu, 1 milyard 94 milyon manat artıq vergi deməkdir. Yəni Vergi Xidmətinin bu il 7 milyard 250 milyon manat proqnoza qarşı 1,5-1,7 milyard artıq yığacağı gözlənilir:

    “Bu da təxminən 9 milyard manat edir. Elə bu rəqəm 2022-ci ilin vergi proqnozudur. Məhz bu potensial nəzərə alınıb. Ona görə də vergi dərəcələrinin artırılması gözlənilən deyil, eyni zamanda, əlavə vergi yükündən söhbət getmir”.
    loading...