Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • Ərdoğan yanğınsöndürənlərimizin işindən danışdı
  • 05 Eyl 2021, 20:16   
        72
    BAKİ-XEBERTV.AZ

    İstəyənin əlini qaytarmayın

    Hər bir müsəlmanın arzusu Allaha yaxınlaşmaq və Allah yanında məhbub olmaqdır. Əhli-Beytdən (ə) gələn hədisdə oxuyuruq ki, Həzrət İbrahim (ə) Allahın ən yaxın dostu idi və bu məqama 5 sifətinə görə nail olmuşdu. Bu sifətlərindən biri başqalarının əlini rədd etməmək idi. (Tebyan)

    İmam Baqir (ə) buyurur: "Allah İbrahimi Öz (Xəlili) qərar verir. Çünki heç bir istəyənin əlini rədd etməmişdi".

    Bizlərin bir çoxu başqalarının istəklərinə qarşı iki rəftar nümayiş etdiririk: biri budur ki, çətinliklərinin düyününü açmağa çalışırıq. Onlara yardım etməyə gücümüz çatır. İkinci rəftar isə budur ki, bu işin öhdəsindən gələ bilmirik və başqalarının istəyini yerinə yetirə bilmirik.

    Bunu qeyd etmək lazımdır ki, başqalarınım istəyi dedikdə, dilənçilk nəzərdə tutulmur. Bəlkə hər bir insanın həyatı boyu başqasından istəyə biləcəyi şeylər nəzərdə tutulur. İnsan elə bir varlıqdır ki, öz istəklərini bəyan edər və onun aradan qalxması üçün həmkarlığa ehtiyac duyar. İctimai həyat bunu tələb edir. Əgər insan cəmiyyətdə yaşayırsa, gərək istəklərini bəyan etsin və başqalarından yardım istəsin. Biz özümüz gün ərzində başqalarından çoxlu şeylər istəyirik. Bu istəklər valideyn, qohumlar, qonşu, dost, rəfiqə tərəfindən ola bilər. Bəs bu istəklərə qarşı necə rəftar etməliyik?

    Əgər yardım etmək gücümüz varsa və əgər bizdən yardım istəyirlərsə, onu yerinə yetirmək üçün gərək əlimizdən gələni edək. Allah Təala Həzrət Peyğəmbərə (s) buyurur: "Və dilənçini (də) acıqla qovma". ("Zuha" 10). Bu ayədə adı çəkilən dilənçi ilə bağlı bir neçə nəzər vardır. Belə ki, təfsirçilər buyurur ki, bu həqiqi dilənçi deyildir. Həzrətə (s) elmi, etiqadi, dini mövzularla bağlı sual verən insanlardır. Belə ki, bu surənin 7-ci ayəsində oxuyuruq: "Və səni (din mərifətlərindən) xəbərsiz tapıb, (vəhy vasitəsilə) yol göstərdi". Allah buyurur ki, İlahi hidayət nemətinə şükür olaraq, ehtiyacı olanların ehtiyacını aradan qaldırmaq üçün çalış. Heç bir elmi mövzuda sənə verilən sualları kobudcasına geri qaytarma.

    Bəzi təfsirçilər isə buyurur ki, bu, həqiqi dilənçilərdir. Belə insanlar qarşısında gücün nəyə çatırsa, onu verməlisən, onları məyus etməməlisən.

    Üçüncü nəzər isə söyləyir ki, bu ayə həm maddi və həm də elmi yoxsul olan insanlara işarə edir. Bu təfsir Peyğəmbərimizin (s) sünnətinə daha yaxındır. Ona görə də sənə uzanan hər əli geri qaytarma. Əgər bu rəftar ümumi bir qaydaya çevrilərsə, cəmiyyət sevgi ilə dolub-daşar.

    Əgər elmi müstəvidə hər birimiz başqalarının verdiyi suallara qarşı məsuliyyətli olub, ciddi cavablar versək, cəmiyyətin elmi inkişafı bir neçə dəfə qalxar. Valideyn övladının, müəllim şagirdin, alim tələbənin, alim müsəlmanın suallarına ciddi cavab versə, vəzifəsini ən yaxşı şəkildə yerinə yetirmiş olar. Bir qədər özümüzə zəhmət verək və bu işi görək.

    Yardım etmək üçün gücümüz yoxdursa, nə edək? İnsan ola bilər ki, bəzi istəklərin qarşısında aciz qalsın və ona gücü çatmasın. Ancaq həmin şəxsə nəsihət verərək və ya yönləndirərək, yardım edə bilər. Bəzən elə olur ki, bizim gücümüz çatmır, amma başqa bir dostumuzun gücü çatır. Onu bu şəxsə yönləndirib, çətinliyinə yardım etmiş olarıq. Ona görə də hətta əgər gücümüz çatmasa belə, əlini boş qaytarmayaq.

    İmam Baqir (ə) buyurur: "Allah Təalanın Musaya (ə) etdiyi vəhylərdən biri də bu idi: "Nə zaman yoxsul insan sənin yanına gəlir, onu əziz tut, belə ki, ya xoş üzlə və dillə cavabını ver, ya da ona az bir şey ver"".

    Əlbəttə, bu hədisdə deyilənlər yalançı dilənçilərə aid deyildir.

    Milli.Az
    loading...