Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • Ərdoğan yanğınsöndürənlərimizin işindən danışdı
  • 04 Eyl 2021, 12:36   
        106
    Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə




    BAKI-XEBERTV.AZ
    Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə

    Bayram MƏMMƏDOV
    Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
    Uşaqlığımızda qəzetdə yazılanlara kimsənin inanmamaq haqqı yox idi: "Qəzet belə yazıb!" deyərdilər. Yeniyetməliyimizdə qəzetdə işləyənləri tanıyandan sonra onların duruşunu, baxışını gözlərimizə köçürərdik. Mətbuat kəlməsini hələ düz-əməlli dərk eləməsək də, məbuat işçilərinə həsədlə baxardıq...

    Nəriman müəllimə sevgimiz belə başlayıb.

    Yaxından tanıyanlar deyirdi ki, Nəriman müəllim kövrək duyğusal insandı, xeyirxahdı, yaxşı dostdu, salam-əleyki olanlara qardaşdı, qayğıkeş yoldaşdı, müdrik ziyalıdı. Bunlar ehtiram çalarlarıdı. El arasında deyildiyi kimi, gözəl qələmi vardı Nəriman müəllimin. Heç zaman həvəssiz yazı yazmayıb, kimsə onun həvəssiz yazdığı yazısını oxumayıb. Qətiyyətliydi, hamının könlünə yatan xasiyyəti vardı (el arasında belə adamlara "hərəni öz diliylə danışdırardı" deyirlər). Nəriman müəllim də Məhəmməd Peyğəmbərin bir kəlamını xatırlayardı: "Beşikdən qəbrə qədər elm öyrənin". Təvazökar insanıydı Nəriman müəllim. Gənc yazarlara dəyərli tövsiyələrini əsirgəməzdi, onların hami tərbiyəçisiydi; gənclərin hər məqaləsini öz məqaləsi kimi oxuyardı. Düzəlişlər üzərində düşünmələrini tövsiyə edərdi: "Nəyin niyə düzəldildiyini dərk etdinsə, yaxşı jurnalist olacaqsan" deyərdi.

    "İgidin sağı-solu olmaz" - Nəriman müəllim bu kəlamı da incə təbəssümlə deyərdi; bütün janrlarda yazardı. Həm də özünəməxsus üslubda yazardı. Yəni yazının imzasına baxmadan da onun müəllifinin Nəriman Bəxtiyarov olduğu bilinərdi. Oxuyan həvəslə, maraqla oxuyardı, oxunu bitirincə düşüncələrində tərpəniş yaranardı. Nəriman müəllim cəsarətli jurnalist (cəsarətli vətəndaş!) idi. Heç nəyə biganə qalmazdı. Gördüyü nöqsanlara etirazını bildirərdi. Deyərdi, düzəlməsə, yazardı. Yazandan sonra düzəlib-düzəlmədiyini jurnalist məsuliyyətiylə izləyərdi. O illərdə belə işləmək bəzən "baş ağrısı" da gətirərdi. Buna zərrəcə məhəl qoymazdı Nəriman Bəxtiyarov.

    Nəriman Bəxtiyarov 1931-ci ildə Zəngilan rayonunda bir tərəfdən Süsəndağı, digər tərəfdən Ütəlgi dağı və Çaxmaq dağı ilə əhatələnən, Süsən meşəsinin ətəyində yerləşən Vənətli kəndində dünyaya göz açıb. Bu kəndin insanları hündür boy-buxunları, dolu bədənləri, şən zarafatları, baməzə söhbətləri, şirin və dolğun danışıqları ilə rayonun digər kəndlərindən seçilir. Bəlkə də bu xüsusiyyətlərin təsirindəndir ki, onlarla istedadlı jurnalistin, tanınmış hüquqşünasın, elmi işçinin, yüksək rütbəli zabitin, ictimai-siyasi xadimin tərcümeyi-halına bu kəndin adı yazılıb.

    Nəriman Bəxtiyarov 1949-cu ildə Ağdam ikiillik müəllimlər institutunu müvəffəqiyyətlə bitirmişdi, kənd məktəbində müəllim işləmişdi. Ədəbiyyata, bu baxımdan jurnalistikaya böyük həvəsi vardı. Bu həvəs onun gələcək ömür yolunu başqa səmtə yönəltdi. Məqalələr yazırdı.

    Özümün yazdığım ilk məqalə dərc ediləndə keçirdiyim hisslər düşür yadıma: qürur, könül xoşluğu, sabahlara dikilən baxışlar, qətiyyət. Mənə elə gəlir ki, hamı bu hissləri belə yaşayıb. Elə Nəriman Bəxtiyarov da...

    Yazdığı məqalələr rayon qəzetində, sonralar respublikanın müxtəlif qəzetlərində dərc edilərdi. Yaradıcılıqda ən dəyərli, ən etibarlı zəmanət yazılanlardı; məqalələrinin zəmanəti ilə onu Qubadlı rayon qəzetinə ("Avanqard") dəvət etdilər (yadıma bir el məsəli düşür: "Su axar, çuxurunu tapar"). Bu dəvət həvəskarlıqdan, peşəkarlığa gəliş idi. Həm də bir ilin içində tanınma möcüzəsiylə...

    1950-1952-ci illərdə qəzetin məsul katibi oldu Nəriman müəllim, o illərdə qəzetə, qəzetçiliyə bələdlər deyir ki, qəzetin tərtibatında görümlü, baxımlı yeniliklər olurdu, həm də qazet tərtibi və texnikasının tələbləri, imkanları əsasında. Bu, qəzetə marağı da artırırdı, qəzetin nüfuzunu da. "Avanqard" belə yazır, "Avanqard"da oxumuşam, "Avanqard"a yazaram, haa" kimi eşidilməli kəlamlər rayonun ovqatına ovqat qatırdı...

    Nəriman Bəxtiyarovun fəallığı da, işgüzarlığı da, əqidə adamı olması da, insan-larla ünsiyyət bacarığı da diqqətdən yayına bilməzdi. Həm də o illərdə, ideologiyanın həyat qədər gərəkli hesab edildiyi vaxtlarda.

    Az sonra Nəriman müəllim rayon komsomol komitəsinin ikinci katibi vəzifəsinə seçildi. "Yuxarıların" təklifi, "aşağıların" sevgisi ilə. Hamının el adamı kimi tanıdığı Nəriman Bəxtiyarov bu vəzifədə 1955-ci ilə kimi işlədi...

    Sonra partiya işi. Zəngilan rayon partiya komitəsində təbliğat-təşviqat şöbəsində təbliğatçı, sonra mədəniyyət şöbəsinin müdiri (1957-ci ilə kimi) oldu; qabiliyyət də, sədaqət də ayrılıqda çox şey-di, vəhdətdə - hər şey...

    Bu müddətdə təhsilini davam etdirmək istəyirdi. Harda? Sualı ürəyinə yük olmadı. Jurnalistikanı sevmişdi, ürəyi jurnalistika ilə, el arasında deyildiyi kimi, "bağrıbadaş" idi. Qərarının işığında Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini seçdi. Qiyabi oxuyacaqdı.

    Oxudu. Ali təhsil aldı.

    1960-cı il idi...

    Jurnalistikaya (mətbuata) qayıdışı özünə də, regional jurnalistikaya da gözəl könül xoşluğu oldu: Zəngilan rayon qəzetinin məsul katibi oldu Nəriman Bəxtiyarov. Bir vaxtlar Qubadlını əhatələyən yazılar indi Zəngilanın mənəvi dünyasının səyyarəsi olurdu. Oldu da. Zəngilan rayon qəzetinin məsul katibi kimi Qubadlıda qazandığı təcrübənin variantlarıyla zəngilanlı oxucuların mənəvi dünyasının cəfakeşi kimi yaşadı.
    1961-1963-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Cəbrayıl İstehsalat Birliyi üzrə rayonlararası "Kolxozçu" qəzetində xüsusi müxbir və şöbə müdiri vəzifələrində işlədi. İşin mahiyyəti eyni olsa da, forma müxtəlifliyi, daha geniş fəaliyyət mühiti onun əzmkarlığıyla uzlaşırdı; heç bir maneə qabiliyyət qarşısında duruş gətirə bilməz. "Kolxozçu" qəzeti Nəriman Bəxtiyarovun ömürlüyünün xoş ovqat yaradan səhifələrindən oldu. Bu gün də eyni duyumla xatırlanmaqdadır...

    1963-cü ilin mayından ömrünün son gününə kimi Zəngilan rayon "Kənd həyatı" qəzetində redaktor müavini vəzifəsində işlədi. Bəzən işləmək ifadəsi işçinin işə can yandırma səviyyəsini ifadə edə bilmir. Ona görə "filankəs bu müddətdə işlə nəfəs aldı" ifadəsi daha insaflı deyilişdi. Nəriman müəllim xarakterli adamlara "işi urvata mindirən" adam deyirlər. Yəni iş onun işi ilə daha da gərəkliləşir.

    "Filan iş filankəsin boyuna biçilib" deyimi var. Bu deyim kimə ünvanlanırsa, ictimaiyyət onu yaxşı vətəndaş kimi tanıyır, tanıyır və sevir, sevir və rəğbət bəsləyir. Nəriman müəllim işlədiyi bütün vəzifələrdə belə ehtiramlarla əhatələnib. Prinsipiallığıyla, tələbkarlığıyla sevilib.

    Zəngilan şəhər sovetinin deputatı kimi, peşəkar jurnalist kimi rayonda bütün ictimai, mədəni-kütləvi tədbirlərdə yaxından iştirak edirdi, tədbirin mahiyyətinə söz ömrü verirdi, yəni məqalə yazırdı, tədbiri də, tədbirdəkiləri də, rayonun bir gününü də tarixləşdirərdi...

    Nəriman müəllim jurnalistikanın cəfakeşi kimi kobud nöqsanlara yol verən şəxsləri tutduğu vəzifəsindən asılı olmayaraq tənqid edərdi, nöqsanların anatomiyasını göstərməklə, onları yaradan səbəblərə qanunun mövqeyindən münasibət bildirməklə. Etiraf edilməlidir ki, o dövrdə hətta toxunulmaz vəzifə sahibi sayılan prokurordan və raykom katibindən də yazmağa hər yazarın cürəti çatmazdı. Ancaq Nəriman müəllim belə bir xof yaşamayıb, bu xofa görə qələmini "dincə qoymayıb".

    Nəriman Bəxtiyarovun müxtəlif illərdə yazdığı "Aşıq Abbas, Kürdü-Şahnaz və dəllək Məhəmməd", "Göy dayça", "Müxbir, amandı yazma", "Prokurorun ələyi, Zülfüqarın kələyi" və digər felyetonları hələ də zəngilanlıların yaddaşından silinməyib. Həmin dövrün gəncləri iri cüssəli, ucaboylu, qalın bığlı, iti baxışlı, şirin və yumşaq danışıqlı, yaraşıqlı və səliqəli geyimi ilə seçilən ustad qələm sahi-binin nurlu simasını bu gün də böyük məbəbbət və ehtiramla xatırlayır, yazıb-yaratmaqda Nəriman müəllimin bənzərsiz dəst-xəttini özlərinin yaradıcılığına Tanrının qismət etdiyi örnək bilirlər. Çünki ictimiyyət belə ömür yiyələrinə Tanrıya bir köynək yaxın adamlar deyir...

    "Zəngilanın səsi" qəzetinin redaktoru "Tərəqqi" medallı Salam Cavadlı Nəriman müəllimi minnətdarlıqla xatırlayaraq deyir:

    - Nəriman müəllim peşəkar və mübariz jurnalistə xas olan bütün müsbət keyfiyyətləri ilə yanaşı, həm də olduqca sadə, təmkinli, təvazökar, qayğıkeş və diqqətcil bir insan idi. Mən jurnalistikada ilk addımlarımı atmağa başlayanda o, artıq müqtədir qələm sahibi idi. Oxucular onun tənqidi yazılarını, xüsusilə düşündürücü felyetonlarını cəmiyyətin mətbu güzgüsü bilirdi. Dəyərli məsləhətləri ilə bizi mübariz olmağa ruhlandırırdı. Qorxmazlığı, cəsarəti, təmkinliyi gənc yazarlar üçün canlı məktəb, qiymətli örnək idi. Gənclərin yaxın dostu və təmannasız hami tərbiyəçisi idi. Heyif ki, belə kamil bir jurnalisti və dəyərli insanı çox vaxtsız itirdik.

    Jurnalistikada kövrək addımlarını Nəriman müəllimin təmannasız dəstəyi və qayğısı ilə atan tanınmış jurnalist-publisist Şükufə Əliyeva səriştəli və unudulmaz müəllimini minnətdarlıqla xatırlayaraq deyir:

    - Nəriman müəllim gənclərə böyük hörmət, qayğı və ehtiramla yanaşır, onlara həmişə diqqət göstərirdi. Mən də, həmin dövrdə çiyin-çiyinə birgə çalışdığım gənc həmkarlarım da Nəriman müəllimdən jurnalistikanın sirlərini diqqətlə, zərrə-zərrə öyrənirdik. Düzü-düz, əyrini-əyri yazmağı özümüzün mənəvi borcumuz bilirdik. Kamil insan olan Nəriman müəllimdən aldığımız dəyərli məsləhətlər hər birimizin jurnalist kimi formalaşmağımızda olduqca kərəkli oldu. Nəriman müəllim peşəkar, prinsipial jurnalist, dürüst şəxsiyyət, bacarıqlı təşkilatçı, xeyirxah və alicənab insan, yüksək zövq sahibi, əqidəcə saf, mərd, iradəli və təmannasız bir insan kimi tarixə qovuşdu, bizim ürəyimizdə yaşamaqla...
    İstedadlı jurnalist əmək fəaliyyətinin püxtələşdiyi, jurnalist kimi yaradıcılığının daha məhsuldar dövründə - 47 yaşında (24 iyun 1978-ci ildə) dünyadan köçdü.

    Hərdən düşünürəm: Nəriman müəllimin ürəyi Zəngilanın işğalına dözərdimi? Nəriman müəllim Zəngilan işğal ediləndə nələr yazardı?

    Hərdən düşünürəm: Nəriman müəllim Zəfərə nələr yazardı, Zəngilanın işğaldan azad edilməsinə nələr yazardı...

    İti zəkası vardı, dərin jurnalist müşahidəsi vardı Nəriman müəllimin.

    Azərbaycan jurnalistikasında kifayət qədər tanınan neçə-neçə jurnalist özünü Nəriman müəllimin tələbəsi sanır.

    Jurnalistikaya həvəsi, marağı olanların məqalələrinə xüsusi diqqət yetirərmiş. Oxuyarmış, yerinə düşməyən ifadəni uyarlı ifadə ilə dəyişməzdən əvvəl hər ikisi haqqında müfəssəl bilgi verərmiş, sonra bu bilgiləri müqayisə edərmiş. Sonra qərar deməyi həvəskar jurnalistə həvalə edərmış. Bu, ən gözəl, ən etibarlı pedaqoji proses olarmış. Sonrakı yazılarda belə düzəlişlərin sayı kifayət qədər azalarmış. Və bir gün Nəriman müəllim məqaləni sonacan oxumazmış. Gülümsünərmış, "Bu məqalə sənin jurnalist diplomun oldu..." deyərmiş. İllər sonrası bu sevinc Nəriman müəllimin yoxluğunda qəhərlə qoşa yaşanılarmış.

    Haqqını halal elə, ustad. Sən bütün zamanların ustad jurnalisti kimi tarixdə yaşayacaqsan. Xatirələrdə də, tarixdə də yaşayanlar əbədi ömür yiyələridir. Sənin əbədi ömürün minlərin ömrünə paylanıb...




    525.az/news
    loading...