Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • Ərdoğan yanğınsöndürənlərimizin işindən danışdı
  • 16 Ağu 2021, 06:28   
        209
    Deputatın qohumları vətəndaşı ölümcül döyüblər

    Deputatın qohumları vətəndaşı ölümcül döyüblər

    BAKI-XEBERTV.AZ


    Biləsuvarın Muğanlı kəndində bir qrup şəxs kənd sakini Elçin Rüstəmovu ölümcül döyüb.

    Bu barədə Elçin Rüstəmovun yaxınları "medonline.az"a məlumat veriblər.

    6 nəfərlik qrup Elçin Rüstəmovla yanaşı, atası Allahverdi Rüstəmova da xəsarət yetiriblər. Hadisədən sonra Elçin Rüstəmov Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ağır kəllə-beyin travması diaqnozu qoyulub. Bundan sonra o, Mirqasımov adına Respublika Klinik Xəstəxanasına göndərilib.

    Yaxınları deyiblər ki, Elçinin vəziyyəti olduqca ağırdır: "Nitqi tutulub, yaddaşı yerində deyil, heç kəsi tanımır".

    Onların sözlərinə görə, hadisəni törədən şəxslər deputat Musa Qasımlının əmisi uşaqlarıdır. Həmin şəxslər isə Biləsuvarın Muğankənd kəndində yaşayan Abdulla Cəfərov, Xəyal Cəfərov (el arasında Xəlil deyə çağrılır), İbrahim və Əlövsət Hətəmov qardaşları, həmçinin Müdafiə Nazirliyinin "N” hərbi hissəsinin zabiti, kapitan Ayaz Cəfərov, Aqil Cəfərovdur.

    Hadisə avqustun 9-u axşam saat 21-00 radələrində baş verib və indiyə qədər Elçin Rüstəmov hələ də reanimasiya şöbəsindədir.
    Zərəçəkmişlər hadisə barədə Daxili İşlər Nazirliyinin "102" Xidmətinə də məlumat veriblər.


    Elçin Rüstəmov

    "Allahverdi müəllim, övladları Xalid və Elçinlə birgə pay torpağını suvarmaq üçün əkin sahəsinə gəlib. Bu zaman yuxarıda adları qeyd olunan şəxslər də orda peyda olurlar. Abdulla Cəfərov deyir ki, biz suvarmanı bitirməmiş imkan verməyəcəyik ki, siz torpağınızı suvarasınız. Allahverdi Rüstəmov oğlu Xalidlə birgə söz-söhbət olmasın deyə evlərinə getmək istəyərkən Abdulla mübahisəni davam etdirir. Bu zaman Aqil Elçinin boyun nahiyəsinə möhkəm zərbə endirir. Bir neçə dəfə cərrahi əməliyyata məruz qalmış Allahverdi müəllim və oğlu Xalid Elçinə kömək etməyə çalışırlar. Amma qarşı tərəf Elçini maşından düşürüb su kanalına atırlar. Burada bizi ən çox təəccübləndirən Müdafiə Nazirliyinin hərbi qulluqçusu Ayaz Cəfərovun qeyri-qanuni hərəkətləridir. Xalid müəllim Ayazı görəndə elə bilir ki, qarşıdurmanın qarşısı alınacaq. Əksinə Ayaz deyir ki, avtomobilin işıqlarını söndürün, sonra zərbə vurun və özü də Xalidgilə zor tətbiq edir", - Elçin Rüstəmovun yaxınları belə deyir.

    Onlar deyiblər ki, indiyə qədər Abdulla, Xəyal, Aqil və Ayaz Cəfərovlar (hamısı əmioğludur), həmçinin Əlövsət və İbrahim Hətəmovlarla heç bir vaxt ədavətləri olmayıb: "Onların nəyə görə bu cür amansız davrandıqlarından da məlumatsızıq. Biləsuvar Polis İdarəsində Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi açılıb. Elçin Rüstəmov Bakıda müalicə olunur. Tibbi ekspertizanın nəticələri də məlumdur. Həkimlərin dediyinə görə, E. Rüstəmov qapalı kəllə-beyin travması, baş-beynin əzilməsi diaqnozu qoyulub. Maddi imkanları daha çox olan Qəmbər Cəfərov, onun oğlu Aqil, digər yaxın qohumları özlərini Muğankəndin "qoçuları” adlandırırlar. Əminik ki, aidiyyəti dövlət orqanlarının rəhbərləri bu özbaşınalığın qarşısını vaxtında alacaqlar".

    Məsələ ilə bağlı deputat Musa Qasımlı ilə əlaqə saxlamaq mümkün olmayıb.

    Biləsuvar Rayon Polis İdarəsindən faktı təsdiqləyiblər və hadisə ilə bağlı cinayət işinin açıldığı bildirilib
    loading...