Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənistanı şoka salan gecə: 11 il öncə bu gün... - Video
  • Alimlər qütb parıltısının formalaşması prosesini laboratoriya şəraitində imitasiya ediblər
  • Yaralı döyüşçü anası səhlənkar məmurlardan Prezidentə şikayət etdi - VİDEO // FOTO
  • Erməniləri minalı sahəyə buraxmaq? Belə "qisas" olmaz!
  • Qarabağda iş başında şəhid olan jurnalistlərimiz – Tam siyahı
  • Veteranlar Təşkilatından jurnalistlərin ölümü ilə bağlı - Bəyanat
  • "Zəfər yolu" bu tarixdə hazır olacaq - Türk nazir
  • 28 may- Respublika Günü ərəfəsində Göyçay rayonunda uşaq bağçası və aztəminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi
  • Rayon İcra Hakimiyyəti başçısı inzibati ərazi dairəsi üzrə nümayəndələrlə növbəti videokonfrans keçirdi
  • Əsl insan haqqında könül söhbəti - Xatirə
  • Xırdalanda təhsil müəssisə rəhbəri bizneslə də məşğul olur ? - FOTO
  • Azərbaycan helikopteri Türkiyədə məcburi eniş etdi - Video
  • İlham Əliyev Qarabağda yaşayan ermənilərin sayını AÇIQLADI
  • Vida baxışı - Xatirə-oçerk
  • “Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
  • Akademik Zərifə Əliyevanın doğum günüdür!
  • Daha bir şəhidimizin övladı dünyaya gəldi - Foto
  • "Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO
  • Mirələmov YAP-dan bu səbəbdən qovulub - GENİŞ AÇIQLAMA
  • İrland tarixçidən ŞOK AÇIQLAMA: "İngils arxivləri Zəngəzuru bu ölkəyə aid edir"
  • Lerikdə Sahibkar qadın İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirib - VİDEO
  • Azərbaycan Ordusunun minaya düşən əsgəri şəhid olub
  • Bakıda oxuyan pakistanlı tələbə azərbaycanlı oğlana ərə getdi – FOTO
  • Məmur zülmünə məhkum olmuş şəhid ailələrinin naləsi... - VİDEO
  • Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurdu - FOTO
  • 09 May 2021, 23:52   
        137


    Alimlər qütb parıltısının formalaşması prosesini laboratoriya şəraitində imitasiya ediblər

    Alimlər qütb parıltısı ilə nəticələnən hadisəni ilk dəfə olaraq laboratoriya şəraitində imitasiya ediblər. Tədqiqatın nəticələri "Nature Communications" jurnalında dərc edilib. Qütb parıltısı Yerin maqnitosferi ilə Günəş küləyindən olan elektronların qarşılıqlı təsiri nəticəsində baş verir. Yerin maqnit sahəsi bu zərrəcikləri tutan zaman onlar qüvvə xətləri boyunca hərəkət etməyə başlayır. Nəticədə elektronlar planetin atmosferində qütblərə doğru gedir. Orada azot və oksigen molekulları ilə qarşılaşır və beləliklə, göy-yaşıl parıltı meydana gəlir.

    XEBERTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, amerikalı fiziklər bu prosesi laboratoriyada plazma generatorunun köməyilə təkrarlayıblar. Onlar öz tədqiqatlarını görkəmli fizik Lev Landaunun 1947-ci ildə irəli sürdüyü nəzəriyyə ilə əsaslandırıblar. Alim aşkar edib ki, elektromaqnit dalğalar və plazma buludunun daxilindəki müxtəlif yüklü zərrəciklərin qarşılıqlı təsiri nəticəsində elektronların hərəkəti sürətlənəcək. Atmosferdə bu cür titrəyişin mənbəyi Alfven dalğaları ola bilər. Bu müddəaları rəhbər tutan Ayova ştatı universitetinin (ABŞ) professoru Kreyq Kletsinq və onun həmkarları aşağı yerətrafı orbitin və qütblər üzərində ionosferin yuxarı qatlarının şəraitini yaradaraq Alfven dalğalarının və yüksək enerji elektronlarının qarşılıqlı təsirini izləyiblər.

    Məlum olub ki, Alfven dalğaları ilə qarşılıqlı təsir nəticəsində elektronların təqribən 0,1 faizi həqiqətən kəskin şəkildə sürətlənib. Alimlərin fikrincə, bu sürət elektronların ionosferin aşağı qatlarına daxil olmasına, orada azot və oksigen atom və molekulları ilə toqquşmasına kifayət etməlidir.

    Fiziklər ümid edirlər ki, gələcək təcrübələr elektronların necə sürətləndiyini təfərrüatı ilə öyrənməyə imkan yaradacaq. Bunun nəticəsində qütb parıltılarının yaranmasının və yoxa çıxmasının digər mexanizmlərini də öyrənmək mümkün olacaq.
    loading...