Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənistanı şoka salan gecə: 11 il öncə bu gün... - Video
  • Alimlər qütb parıltısının formalaşması prosesini laboratoriya şəraitində imitasiya ediblər
  • Yaralı döyüşçü anası səhlənkar məmurlardan Prezidentə şikayət etdi - VİDEO // FOTO
  • Erməniləri minalı sahəyə buraxmaq? Belə "qisas" olmaz!
  • Qarabağda iş başında şəhid olan jurnalistlərimiz – Tam siyahı
  • Veteranlar Təşkilatından jurnalistlərin ölümü ilə bağlı - Bəyanat
  • "Zəfər yolu" bu tarixdə hazır olacaq - Türk nazir
  • 28 may- Respublika Günü ərəfəsində Göyçay rayonunda uşaq bağçası və aztəminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi
  • Rayon İcra Hakimiyyəti başçısı inzibati ərazi dairəsi üzrə nümayəndələrlə növbəti videokonfrans keçirdi
  • Əsl insan haqqında könül söhbəti - Xatirə
  • Xırdalanda təhsil müəssisə rəhbəri bizneslə də məşğul olur ? - FOTO
  • Azərbaycan helikopteri Türkiyədə məcburi eniş etdi - Video
  • İlham Əliyev Qarabağda yaşayan ermənilərin sayını AÇIQLADI
  • Vida baxışı - Xatirə-oçerk
  • “Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
  • Akademik Zərifə Əliyevanın doğum günüdür!
  • Daha bir şəhidimizin övladı dünyaya gəldi - Foto
  • "Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO
  • Mirələmov YAP-dan bu səbəbdən qovulub - GENİŞ AÇIQLAMA
  • İrland tarixçidən ŞOK AÇIQLAMA: "İngils arxivləri Zəngəzuru bu ölkəyə aid edir"
  • Lerikdə Sahibkar qadın İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirib - VİDEO
  • Azərbaycan Ordusunun minaya düşən əsgəri şəhid olub
  • Bakıda oxuyan pakistanlı tələbə azərbaycanlı oğlana ərə getdi – FOTO
  • Məmur zülmünə məhkum olmuş şəhid ailələrinin naləsi... - VİDEO
  • Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurdu - FOTO
  • 27 Mayıs 2021, 23:29   
        260
    28 may- Respublika Günü ərəfəsində Göyçay rayonunda uşaq bağçası və aztəminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi

    BAKI-XEBERTV.AZ
    28 may- Respublika Günü ərəfəsində Göyçay rayonunda uşaq bağçası və aztəminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi.



    Göyçay rayon icra hakimiyyəti başçısı və ictimaiyyət nümayəndələri 28 May-Respublika Günü münasibətilə mövcud karantin qaydalarına uyğun ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək üzərinə gül dəstələri düzmüş və xatirəsini etiramla yad etmişlər.






    Sonra Heydər Əliyev Fondunun təşəbbüsü ilə Çayarxı kənd 20 yerlik körpələr evi-uşaq bağçasının yeni tikilmiş binasının və Yenikənd kəndində aztəminatlı ailə üçün yeni inşa edilmiş fərdi yaşayış evinin açılış tədbiri keçirilmişdir.
    Göyçay rayonu Çayarxı kənd uşaq bağçası 1978-ci ildən uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Bağça 20 yerlik 1 qruplu olmaqla 7 nəfər işçi heyətindən ibarətdir. Bina uzun müddət istismar olunduğundan qəzalı vəziyyətə düşmüşdür. Çayarxı kənd uşaq bağçasının yeni tikilən binası 2020-ci ildə inşa olunmağa başlanılmışdır. Bina 156 kv.m ölçüdə 1 mərtəbəli kürsülü inşa olunmuş, 5 otaq, mətbəx, sanitar qovşaqdan və kombi isitmə sistemindən ibarətdir. Bina müasir arxitekturaya uyğun olaraq inşa olunmuş və müasir avadanlıqlarla təchiz olunmuşdur.









    Daha sonra rayonun Yenikənd kəndində aztəminatlı ailə üçün yeni inşa edilmiş 3 otaqlı fərdi yaşayış evinin açılış tədbiri keçirilmişdir. Kənd sakini Ceyhun Mübariz oğlu Kərimov 7 nəfər ailə üzvü ilə birgə yaşadığı fərdi yaşayış evi 2 otaqdan ibarət olmaqla qarğıdan və torpaq yapışdırıcı materiallardan tavansız inşa edildiyindən qəzalı vəziyyətə düşmüşdür. İnşa olunmuş yeni fərdi yaşayış evi 3 otaq, mətbəx və sanitar qovşaqdan ibarətdir.
    Ceyhun Kərimov və ailə üzvləri bu günkü sevinci onlara bəxş edən Heydər Əliyev fonduna və rayon rəhbərliyinə təşəkkürünü bildirmişdir.

    /goycay.info.az/
    loading...