Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
  • Akademik Zərifə Əliyevanın doğum günüdür!
  • Daha bir şəhidimizin övladı dünyaya gəldi - Foto
  • "Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO
  • Mirələmov YAP-dan bu səbəbdən qovulub - GENİŞ AÇIQLAMA
  • İrland tarixçidən ŞOK AÇIQLAMA: "İngils arxivləri Zəngəzuru bu ölkəyə aid edir"
  • Lerikdə Sahibkar qadın İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirib - VİDEO
  • Azərbaycan Ordusunun minaya düşən əsgəri şəhid olub
  • Bakıda oxuyan pakistanlı tələbə azərbaycanlı oğlana ərə getdi – FOTO
  • Məmur zülmünə məhkum olmuş şəhid ailələrinin naləsi... - VİDEO
  • Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurdu - FOTO
  • Çin peyvəndi vurduran Pakistanın Baş naziri koronavirusa yoluxub – FOTO
  • Votsap istifadəçilərinin nəzərinə - Xəbərdarlıq
  • Prezidentin köməkçisi: Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi
  • Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməklə, Azərbaycan Respublikasının inkişaf mərhələsinin təməlini qoymuşdur!!!
  • Prezident Zəngəzur dəhlizindən DANIŞDI
  • Təbib İbrahimov: “Arzu edirəm ki, Azərbaycanda xəstələrin sayı çox az olsun!”
  • Azərbaycan Ermənistanla sərhəddə işlərə başladı
  • SOYQRIMA HƏSR OLUNAN LAYİHƏ İCRA OLUNUR
  • Şair Mahir də mahir şairdi... - Yazı
  • Tehran və Bakı üçün bu sahələrdə yeni imkanlar açılır
  • Alim erməni yalanını ifşa etdi: Həmin xalçalar Bakıdadır
  • Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər...
  • HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  • Bölgələrə turist axını başladı - Ekspert açıqladı
  • 07 Mar 2021, 21:14   
        232
    BAKI-XEBERTV.AZ

    Təbib İbrahimov: “Arzu edirəm ki, Azərbaycanda xəstələrin sayı çox az olsun!”



    Müsahibimiz həkim – pulmonoloqu, ehtiyatda olan tibb ximəti baş leytenantı, medonline.az saytının Redaksiya Şurasının üzvü Təbib Qaraş oğlu İbrahimovdur.


    - Salam, Təbib həkim. Mümkünsə, ömür yolunuz haqqında oxuculara qısa bir məlumat verərdiniz.

    -Mən, Qərbi Azərbaycanın Göyçə mahalının (keçmiş Basarkeçər rayonunun) Nərimanlı kəndində anadan olmuşam. 1988-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə daxil olmaq üçün Bakı şəhərinə gəlmişəm. Əfsuslar olsun ki, birinci il qəbul ola bilmədim. Hərbi xidmətə yollandım. Hərbi xidməti başa vurduqdan sonra 1991-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşam. 1998-ci ildə Tibb Universitetini bitirdikdən sonra 2 il yarıma qədər yenidən hərbi xidmətə, Azərbaycan Silahlı Qüvvələrinə, Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissədə tibb xidməti zabiti kimi çalışmışam. Hərbi xidmətdə olduğum müddətdə tibb taqımının komandiri vəzifəsində çalışmışam, eyni zamanda hospitalda reanimasiya şöbəsində çalışmışam. Tibb xidmətini başa vurduqdan sonra mülki fəaliyyətimi davam etdirmişəm. 2002-ci ilin yanvar ayından Bakı şəhər 4 saylı Vərəm Əleyhinə Dispanserin ambulator şöbəsinin həkimi kimi çalışmağa başlamışam. Həmin dövrdən də elmi fəaliyyətə daha çox həvəsim olduğu üçün mən həmin binada Tibb Universitetinin Ağciyər Xəstəlikləri kafedrasının dissertantı kimi elmi fəaliyyətə başlamışam. 2011-ci ildə ilk elmi işimi Tibb Universitetinin rəhbərliyi təsdiqləyib və müdafiə işinə başlamışam. 2017-2018-ci illərdə müdafiəni başa çatdırmışam və Tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışam. Hazırda Bakı şəhər 4 saylı Vərəm Əleyhinə Dispanserin həkimi kimi çalışıram.


    - Siz həm də ön cəbhədə həkim kimi xidmət etmisiniz. Mümkünsə, o günləri bir də xatırlayaq.

    -Bəli, mən söhbətimin əvvəlində də qeyd etdiyim kimi Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Naxçıvan Muxtar Respublikasında yerləşən “N” saylı hərbi hissədə tibb xidmətinin əməkdaşı vəzifəsində çalışmışam. Eyni zamanda, orada uzun müddət “N” saylı hospitalda reanimasiya şöbəsində işləmişəm. Sonradan ehtiyac olduğu üçün mən döyüş bölgələrində qulluq etmişəm. Həmin dövrlərdə də əlbəttə ki, harda olmağımızdan asılı olmayaraq həkim kimi çalışmışam.

    - Hazırda 4 saylı Vərəm Əleyhinə Dispanserin həkimisiniz. Covid-19 pamdemiyası ilə
    mübarizədə işlədiyiniz müəssisənin əməkdaşlarının da xidmətləri var. Bu barədə məlumat verərdiniz zəhmət olmasa.

    -Bildiyimiz kimi pandemiya bütün dünyanı cənginə aldığı kimi Ölkəmizin səhiyyə işçiləri də Koronavirusa qarşı ciddi mübarizə aparıb. Şükürlər olsun ki, biz ölkə olaraq digər ölkələrdən fərqli olaraq daha fəal yanaşmışıq. Bu, o deməkdir ki, dövlətimiz buna vaxtında xüsusi diqqət yetirərək qabaqlayıcı tədbirlər görmüşdür. Buna görə də artıq bu gün koronavirusun qarşısı alınmışdır. Digər ölkələrdən fərqli olaraq həqiqətən də bizim ölkəmiz koronavirusla mübarizədə önəmli yerlərdən birini tutmuşdur ki, bu gün ölkəmizdə bu virus yox dərəcəsindədir. Hazırda cüzi formada mövcud olsa da, əvvəlki kimi aktiv deyildir.
    Biz həkim kimi Ağdaş rayon Mərkəzi Xəstəxanasında da koronavirusa qarşı mübarizə apardıq. Bir ay müddətində Bilgəh sanatoriyasında koronavirusa ayrılmış xüsusi yerdə biz bu virusa qarşı mübarizə aparmışıq. Sevindirici haldır ki, artıq həyat öz axarında davam edir. Koronaviruslu xəstəmiz yoxdur. Ağciyər İnstitutu da həmişəki fəaliyyətini davam edir. Virus infeksiyası aktiv olaraq öz fəaliyyətini demək olar ki, davam etdirmir.

    - Doctor, Siz, covidli xəstələrə baxırdınız. Təbii ki, çox ağır xəstələr müraciət edirdi sizə. Hansı ki, gözlərinizə baxıb imdad diləyirdilər. Siz onları ağır vəziyyətdən çıxarmısınız.Bir neçə xəstə haqqında yadınızda qalan hadisələr varmı bizimlə paylaşa biləcəyiniz?

    -Biz, öz peşə borcumuzu yerinə yetirməyə çalışmışıq. Ağır xəstələrdə oksigen təminatı azaldığı üçün onlarda boğulma, təngnəfəslik halları daha çox olurdu. Biz də bacardığımız qədər çalışırdıq ki, onlara ilkin tibbi yardım göstərək və onları ağır vəziyyətdən çıxaraq. Pandemiya dövründə mən də bir həkim - bir vətəndaş kimi əlimdən gələni etdim ki xəstələrin, yoluxanların sayı azalsın, ağırlaşmanın qarşısı alınsın. Şükürlər olsun ki, bu gün bu virus ölkəmizdə pandemiya şəklində, epidemiya halında yoxdur, tam azalmışdır. İnşAllah ki, tezliklə tam kökü kəsilər.


    - Covid-19 a yoluxmuş xəstələrə və ya bu pandemiyadan qorunmaq üçün nələri məsləhət görərdiniz? Nələri etməlidirlər?

    -Virusa yoluxmamaq üçün bir neçə vacib şərt var. Ən əsası tibbi maskadan istifadə olunmalıdır. Sosial məsafə saxlanılmalıdır. Gigiyenik tədbirlərə vaxtı-vaxtında əməl olunmalıdır. Bu şərtlərə əməl etmək hər bir vətəndaşın borcudur.

    - 44 günlük Vətən müharibəsi və möhtəşəm qələbəmiz haqqında təəssüratlarınızı bilmək istəyərdik.

    -Təbii ki, mən də həkim olaraq, bir Azərbaycan vətəndaşı olaraq möhtəşəm qələbəmizə çox sevindim. Buna görə də ilk növbədə ölkə başçımız möhtərəm Prezidentimiz cənab İlham Əliyevə xüsusi minnətdarlığımı bildirirəm ki. 30 il ərzində görülən bütün tədbirlər, fəaliyyətlər bu 44 gün ərzində şükürlər olsun ki, öz bəhrəsini verdi. Düşünməzdim ki, 30 il əvvəl itirilmiş torpaqlar 44 gün ərzində geri qaytarıla bilər. Eyni zamanda Ordumuzun şəxsi heyətinə təşəkkürmü bildirirəm, bu cür möhtəşəm qələbəyə görə. Vətən müharibəsi dövründə bəlkə də yaşımla əlaqədar olaraq məni çağırmadılar. Mən özüm şəxsən AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər şöbəsinə müraciət etdim ki, mən burdayam. Sumqayıtda yaşayıram, yəni mən də varam. Qeydiyata aldılar, dedilər ki, lazım olan kimi çagırılacaqsınız. Biz yenə də öz işimizi davam etdik. Şükürlər olsun ki, qısa zamanda da qalib gəldik.

    - Təbib müəllim, ailəniz haqqında danışardınız biraz. Yolunuzu davam etdirən varmı ailənizdə?

    -Abşeron rayonunun Novxanı qəsəbəsində yaşayıram. Ailəliyəm. İki övladım var. İnşAllah ki, onlar da bizim davamçımız olar.

    - Siz həm də medonline.az saytının Redaksiya Şurasının üzvüsünüz. Təbrik edirəm əvvəla sizi. Nələr düşünürsünüz, gələcək planlarınız və təklifləriniz nələrdən ibarətdir?

    -İnşAllah ki, medonline. az saytının baş redaktoru, tanınmış jurnalist Şamil Sabir oğlu Ələkbərlinin və saytın Redaksiya Şurasının sədri, Əməkdar həkim Taryel Eyvazovun rəhbərliyi altında öz fəaliyyətimizi davam etdirəcəyik.


    - Təbib müəllim ailəniz haqqında danışardınız biraz. Yolunuzu davam etdirən var mı ailənizdə?
    Abşeron rayon Novxanı qəsəbəsində yaşayıram. Ailəliyəm. İki övladım var. İnşAllah ki, onlar da bizim davamçımız olarlar.

    - Müəllim elə bir arzunuz varmı ki, onu bəyan edəsiz?

    -İxtisaslı həkim-pulmonoloq kimi arzum odur ki, tibb sahəsində elmi naliyyətlərimi, elmi fəaliyyətimi daha da inkişaf etdirim. Mənim həyatım xəstələrin müalicəsinə həsr olunub. Arzu edirəm ki, ölkəmizdə xəstə sayı çox az olsun. Vətəndaşlarımız əmin-amanlıq içində yaşasınlar. Ruzili - bərəkətli, xoş əhval - ruhiyyəli həyat yaşasınlar.

    -Təşəkkür edirik, Təbib müəllim, səmimi və xoş söhbətiniz üçün.

    -Çox sağ olun.

    Söhbəti qələmə aldılar:
    Könül Həsənli,
    Familə Mirzəyeva.
    Fotolar Ramil Muradova məxsusdur.

    Medonline.az

    .
    loading...