Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 13 Ara 2020, 19:56   
        233


    Bu dünyadan öncə, biz hansı dünyada olmuşduq?

    Biz insanlar bu dünyaya gəlməzdən əvvəl zərr aləmində olmuşuq. Görəsən deyə bilərikmi ki, zərr aləmində bizim taleyimiz müəyyən olunmuşdur?

    Qurani-Kərim buyurur: "O zaman sənin Rəbbin Adəm övladlarından - onların bellərindən övladlarını çıxartdı (tarix boyu tədricən onları bir-birinin belindən dünyaya gətirdi) və onları (ağıllarının dərk etməsi və peyğəmbərlərin təbliği vasitəsilə) özlərinə şahid tutdu ki: "Mən sizin Rəbbiniz deyiləmmi?" (Ağıl nemətindən və peyğəmbərlərin dəvətindən məhrum olanlardan başqa) onların hamısı: "Bəli, (Rəbbimiz olmağına) şəhadət verdik" dedilər. (Allah belə etdi ki,) məbada Qiyamət günü "biz bundan (tövhid və rübubiyyətdən) qafil idik" deyəsiniz". ("Əraf" 172).

    XEBERTV.AZ deyerler.org-a istinadən bildirir ki, İmam Baqir (ə) bu ayənin təfsirində buyurur: "Allah Adəmin (ə) belindən Qiyamətə qədər olan nəslini çıxartmışdır. Onlar cəm halında xaric olmuşdular. Bu zaman Allah özünü onlara tanıtmışdır. Əgər belə etməsəydi, heç kəs öz Allahını tanımazdı".

    İnsan ruhu bədənə daxil olmazdan əvvəl kiçik zərrə şəklində olur. Bu zərrələr ruha çevrilər və diri və agah olar. Ondan sonra Allah Öz rübubiyyətinə görə onlardan əhd alar və ruhlar müsbət cavab verdikdən sonra, insanların belində qərar tutarlar.

    Bu ayədə məqsəd - xarici həqiqətdir. Allah ağıl və vəhyi dillə insanlarla əhd bağlayar. Yəni, ağıl və vəhy yolu ilə insanlardan əhd alar ki, din maarifini qəbul edəcəklər. Ağıl - insanın batini hüccətidir, vəhy isə xarici hüccətidir. Allah həm batini və həm də xarici hüccət vasitəsilə insandan əhd alar ki, din maarifini qəbul edəcəkdir.

    "Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: "Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq-aşkar düşməninizdir?!"". ("Yasin" 60).

    Qiyamət günündə Allah insana buyuracaqdır ki, mən sənə iki hüccət vermişdim. Bu gün deyə bilməzsiniz ki, biz tövhiddən və din maarifindən xəbərsizik. Çünki ağıl daxildən və peyğəmbərlər (ə) xaricdən sizə haqqı və həqiqəti tanıtmışdılar.

    Bəzi alimlərin nəzərinə görə, zərr aləmi təmsili bir aləmdir və mövcud deyildir. Ancaq bəziləri bu əqidədir ki, zərr aləmi mövcuddur və bu aləmdən əvvəl insan həmin aləmdə olur. Uca Allah da orada insandan əhd alır.

    Ustad Cavadi buyurur: "Zərr aləmi - xarici həqiqətdir və təmsili deyildir. İkincisi zərr aləmi bu aləmdən əvvəl deyil, elə bu aləmin içindədir".

    Alimin nəzərinə görə, zərr aləmi batini və xarici hüccət vasitəsilə insandan əhd alır və bu olanların hamısı bu dünyada baş verir.

    Əllamə Təbatəbainin nəzərinə görə, məxluqların iki cür varlıqları vardır. Allah yanında olan cəm halındakı varlıqları və zaman keçdikcə zahir olan dağılmış varlıqları. Buna əsasən dünya insanlarının aləmi, başqa insanlıq aləmindən sonra gəlir ki, orada hər bir məxluq Allahın rübubiyyətini qəbul etmişdir. Onu müşahidə etmişdir. Onun vahid olmasını etiraf etmişdir. Zərr aləminin sual-cavabı da məhz o aləmə aiddir.

    Hər bir halda deyə bilərik ki, zərr aləmi mövcuddur və təmsil deyildir. Xarici həqiqətə malikdir. İnsan bu dünyaya gəlməzdən əvvəl zərr aləmində var olar və bu dünyaya gələrək, bədənə qovuşar və insan halını alar. Allah məhz zərr aləmində insandan əhd alar ki, din maarifini qəbul edəcək və Allahın vahid olmasına etiqadı olacaqdır. Hər bir insan zərr aləmində olandan sonra bu aləmə qədəm basar və insan halını alar.

    Bu, doğrudur ki, verdiyi əhdi unudar, ancaq bu əhdin təsirləri hər bir insanın fitrətində ölənə qədər mövcud olar. (Hədənə)

    Allah Təala bizləri əhdə vəfalardan qərar versin!
    loading...