Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
  • Akademik Zərifə Əliyevanın doğum günüdür!
  • Daha bir şəhidimizin övladı dünyaya gəldi - Foto
  • "Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO
  • Mirələmov YAP-dan bu səbəbdən qovulub - GENİŞ AÇIQLAMA
  • İrland tarixçidən ŞOK AÇIQLAMA: "İngils arxivləri Zəngəzuru bu ölkəyə aid edir"
  • Lerikdə Sahibkar qadın İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirib - VİDEO
  • Azərbaycan Ordusunun minaya düşən əsgəri şəhid olub
  • Bakıda oxuyan pakistanlı tələbə azərbaycanlı oğlana ərə getdi – FOTO
  • Məmur zülmünə məhkum olmuş şəhid ailələrinin naləsi... - VİDEO
  • Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurdu - FOTO
  • Çin peyvəndi vurduran Pakistanın Baş naziri koronavirusa yoluxub – FOTO
  • Votsap istifadəçilərinin nəzərinə - Xəbərdarlıq
  • Prezidentin köməkçisi: Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi
  • Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməklə, Azərbaycan Respublikasının inkişaf mərhələsinin təməlini qoymuşdur!!!
  • Prezident Zəngəzur dəhlizindən DANIŞDI
  • Təbib İbrahimov: “Arzu edirəm ki, Azərbaycanda xəstələrin sayı çox az olsun!”
  • Azərbaycan Ermənistanla sərhəddə işlərə başladı
  • SOYQRIMA HƏSR OLUNAN LAYİHƏ İCRA OLUNUR
  • Şair Mahir də mahir şairdi... - Yazı
  • Tehran və Bakı üçün bu sahələrdə yeni imkanlar açılır
  • Alim erməni yalanını ifşa etdi: Həmin xalçalar Bakıdadır
  • Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər...
  • HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  • Bölgələrə turist axını başladı - Ekspert açıqladı
  • 28 Eyl 2020, 22:58   
        174

    İcaze.e-gov.az portalı yenidən aktivləşdirildi

    İcaze.e-gov.az portalı yenidən aktivləşdirildi
    BAKI-XEBERTV.AZ
    Komendant saatı üçün icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktivləşdirilib.

    "ASAN Xidmət"dən "Qafqazinfo"ya verilən məlumata görə, Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə 2020-ci il 28 sentyabr saat 21:00-dan saat 06:00-dək komendant saatı tətbiq edilir.

    Komendant saatının tətbiq edildiyi ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir.

    Nazirlər Kabinetinin 28 sentyabr tarixli 358 nömrəli qərarında fəaliyyətinə icazə verilən dövlət qurumlarının, eləcə də fiziki və hüquqi şəxslərin əməkdaşlarının fəaliyyəti üzrə icazə elektron imza vasitəsilə icaze.e-gov.az portalı üzərindən əldə ediləcək. Portaldan icazələr yalnız fəaliyyəti 21.00-dan 06.00-dək zəruri olan əməkdaşlar üçün əldə edilməlidir.

    Bunun üçün dövlət və özəl təşkilatlarının möhür səlahiyyətli şəxsi “ASAN Login” vasitəsi ilə icaze.e-gov.az portalına daxil olmalıdır. Sistemə giriş “ASAN Login”də mövcud olan “Asan İmza” və “Elektron İmza” vasitəsilə mümkündür. Sistem açıldıqdan sonra sol tərəfdə yerləşən menyuda “İcazələr” düyməsi sıxılır və açılan pəncərədə “Yeni” düyməsinə klik edilir. Açılan birinci xanaya icazə veriləcək məsul şəxsin FİN-i daxil edilir. Bundan sonra “əməkdaş barədə məlumatlar”, həmçinin “Nəqliyyat vasitəsi barədə məlumatlar” və “İcazə barədə məlumatlar” müvafiq olaraq daxil edilərək “Yadda saxla” düyməsi sıxılır. Forma tam doldurulduqdan və məlumatlar yenidən yoxlanıldıqdan sonra “Təsdiqlə” xanası işarələnir və "Yadda saxla" düyməsi sıxılır. “Təsdiqlə” düyməsi sıxıldıqdan sonra məlumatlar avtomatik olaraq Daxili İşlər Nazirliyinə göndərilir və həmin müraciət üzərində dəyişikliklər etmək mümkün olmur. “Təsdiqlə” düyməsi sıxılmayıbsa, “İcazələr” bölməsində əks olunan həmin icazə məlumatları “Redaktə” və “Sil” düymələrinin köməkliyi ilə müvafiq olaraq dəyişdirilə və ya sistemdən silinə bilər. “İcazələr” bölməsində sətrlər üzrə əks olunan icazələrin üzərinə klik etməklə onların mövcud statusu barədə məlumat əldə etmək olar. Bundan əlavə möhür səlahiyyətli şəxs sol tərəfdə yerləşən “Səlahiyyətlərin verilməsi” düyməsini klik etməklə açılan pəncərədə “Əlavə et” düyməsini sıxaraq sistemdən istifadə üçün digər şəxsə səlahiyyət verə bilər. Bunun üçün səlahiyyət vermək istənilən şəxsin FİN və şəxsiyyət vəsiqəsinin nömrəsi daxil edilərək “Yadda saxla” düyməsi sıxılır. Qeyd edək ki, səlahiyyət veriləcək şəxsin gücləndirilmiş elektron imzası həmin təşkilatın VÖEN-inə bağlı olmalıdır.

    Vətəndaşlar mövcud icazələrinin statusuna “myGov” portalında baxa bilərlər. Bunun üçün vətəndaş “myGov” portalına daxil olaraq öz şəxsi kabinetində “Məlumatlarım” bölməsini seçə, açılan pəncərədə “İcazələrin Alınması və Monitorinqi Sistemindən arayış”ın üzərinə sıxaraq öz icazəsinə baxa və ya elektron formasını yükləyə bilərlər.

    Fəaliyyət sahəsinə icazə verilən qurumlarla bağlı suallar üçün İqtisadiyyat Nazirliyinin 195 Çağrı xidməti ilə, icazə.e-gov.az portalında icazələrin alınması ilə bağlı məlumat üçün isə “ASAN xidmət”in 9108 "Çağrı" Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

    qafqazinfo.az
    loading...