Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
  • Akademik Zərifə Əliyevanın doğum günüdür!
  • Daha bir şəhidimizin övladı dünyaya gəldi - Foto
  • "Başçı qaziylə bir dəfə görüşə bilər, onu da görüşüb" - Şəhid məzarlığında qazi ilə təsadüfən rastlaşan başçının müavinindən təəccüblü cavab- VİDEO//FOTO
  • Mirələmov YAP-dan bu səbəbdən qovulub - GENİŞ AÇIQLAMA
  • İrland tarixçidən ŞOK AÇIQLAMA: "İngils arxivləri Zəngəzuru bu ölkəyə aid edir"
  • Lerikdə Sahibkar qadın İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçirib - VİDEO
  • Azərbaycan Ordusunun minaya düşən əsgəri şəhid olub
  • Bakıda oxuyan pakistanlı tələbə azərbaycanlı oğlana ərə getdi – FOTO
  • Məmur zülmünə məhkum olmuş şəhid ailələrinin naləsi... - VİDEO
  • Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurdu - FOTO
  • Çin peyvəndi vurduran Pakistanın Baş naziri koronavirusa yoluxub – FOTO
  • Votsap istifadəçilərinin nəzərinə - Xəbərdarlıq
  • Prezidentin köməkçisi: Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi
  • Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməklə, Azərbaycan Respublikasının inkişaf mərhələsinin təməlini qoymuşdur!!!
  • Prezident Zəngəzur dəhlizindən DANIŞDI
  • Təbib İbrahimov: “Arzu edirəm ki, Azərbaycanda xəstələrin sayı çox az olsun!”
  • Azərbaycan Ermənistanla sərhəddə işlərə başladı
  • SOYQRIMA HƏSR OLUNAN LAYİHƏ İCRA OLUNUR
  • Şair Mahir də mahir şairdi... - Yazı
  • Tehran və Bakı üçün bu sahələrdə yeni imkanlar açılır
  • Alim erməni yalanını ifşa etdi: Həmin xalçalar Bakıdadır
  • Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər...
  • HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  • Bölgələrə turist axını başladı - Ekspert açıqladı
  • 22 Eyl 2020, 07:27   
        1 390


    BAKI-XEBERTV.AZ
    Papaqlı Kişilər, sizi bir ömür gözlərik...

    Cəbhədən

    ...daha bir şəhid xəbəri aldıq,

    Bakıda

    ...bir kişinin DYP-yə “şortiklə girmək haqqı” uğrunda bərk müzakirə gedir.

    Şəmkirdə

    ...yayda belə əsgər mundirinə bürünüb, dəbilqəsini başından çıxarmayan qardaşlarımız bir erməni dronunu məhv etdiyi an gurultu səsi ərşə yayıldı,

    Bakıda

    ...şortiki geyməyin insan azadlığının ta kəndisi olduğu haqda ultramüasirlərin “haqq səsindən” qulaq tutulur.

    Qarabağda

    ...Paşinyanın arvadı əlində silah poz verir,

    Bakıda

    ...sosial şəbəkələrdə “kişiyə şiddətə son” trendi yaradılır.

    Nəymiş məsələ?

    Bir kişi şortik geyinərək sürücülük vəsiqəsi almaq üçün DYP-yə imtahan verməyə getmiş, onu “abırlı gey” deyə, qapıdan içəri buraxmamışlar.

    “Abırlı geyin” deyənlərin haqqı yoxmu? O qədər də isti keçməyən yayın son günlərində o şortikli kişi getdiyi idarədə polis uniformasında, başından papağını çıxaqmağa da haqqı olmayan polislərdən heçmi utanmadı?

    Mentalitet, dəyər, milli adət... Lütfən, saxlayın bunları, bunlar dərin mövzu, “mentalitet” sözünü ucuzlaşdırıb, “şortik” səviyyəsinə endirməyin!

    “Mentalitet” sözü gələndə ağzını büzənlərin də ağzını yönəldin ağzıaçıq baxdıqları Avropaya. Getsinlər xoşbəxtlik diyarına, istəsələr, tuman geyinsinlər, istəsələr, ümumiyyətlə, lüt gəzsinlər...

    Mənim ölkəmdə isə...

    Mən qoynuna sığınıb rahat yatmaq, rahat oyanmaq, rahat yaşamaq üçün Vətən istəyirəm.

    Bu Vətəni bizim üçün beşiyə çevirən dəmir biləklə KİŞİyə ehtiyacımız var!

    Bu Vətənə, bu Vətənin qızlarına, analarına, övladlarına Bayram Nurlu yox, Mübariz İbrahimov lazımdır – oğul kimi, ata kimi, lap elə ƏR kimi!

    Bizi Mübarizlər qoruyur, bizi onlar qadın edir! Biz onlar üçün ana oluruq, biz onlar üçün Vətənik, onlar üçün torpağıq...

    Azərbaycan kişisinin dava mövzusu şortik deyil!

    Azərbaycan kişisinin düşüncəsində şortik yoxdur!

    Ermənilər “paytaxtı” Şuşaya köçürmək istəyərkən Azərbaycan Kişisinin müzakirə edəcəyi şey şortik deyil, papaqdır, PAРAQ!

    Yadıma düşmüşkən:

    Oğuz elində Dörd İgid niqabla gəzirdi, biri də Bamsı Beyrək idi. Bilirsiniz niyə?

    Çünki çox yaraşıqlı idilər, “qız gözəlliiyi” vardı. Ona görə üzlərini örtərdilər.

    Çünki qadın öz əzası ilə öyünər, qadın özünü Kişiyə sevdirmək üçün bəzənib-düzənər: indiki dillə desək, şortik geyinər, ya da şalvarını “rajokla” əyninə çəkər...

    Kişinin gözəlliyi namusudur, qeyrətidir, ləyaqətidir, şərəfidir.

    Sizin şərəfiniz, namusunuz, qeyrətiniz Şuşadadır – ermənilərin “paytaxt” ermək istədiyi Şuşada.

    Şortikinizi tullayın – həm müzakirədə, həm geyimdə;

    Papağınızı başınıza qoyun və inanın: Biz sizin yolunuzu bir ömür gözləyərik, Papaqlı Kişilər!
    axar.az
    loading...