
“Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək” İçtimai Birliyi tərəfindən növbəti vətənpərvərlik haqqında tədbir keçirildi.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi ilə birgə layihəsi üzrə “Məcburi Köçkün Müharibə Veteranlarına Dəstək” İctimai Birliyi tərəfindən “2016-cı il Aprel döyüşlərində Silahlı Qüvvələrimz tərəfindən əldə edilmiş qələbənin təbliği məqsədilə orta ümumtəhsil müəssisələrində təhsil alan gənclərlə görüşlərin keçirilməsi” adlı Layihə həyata keçirilmişdir.
Layihə çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanaraq çap edilmiş “2016-cı il Aprel döyüşlərində Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi” adlı 270 ədəd büroşur Bakı şəhəri, Qaradağ rayonu “Qobu Park Yaşayış Kompleksi”ndə fəaliyyət göstərən Ağdam rayon 32 saylı, Laçın rayon 29 saylı və Zəngilan rayon 20 saylı Tam Orta Məktəblərin şagirdlərinə paylanmışdır.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişədir.
Dördgünlük müharibə zamanı Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" yüksəkliyində nəzarəti ələ keçiriblər.Döyüşlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin edib.
Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb. Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb.
Tədbirlər zamanı birliyin sədri Əbil Zeynalov çıxış edərək bu qələbinin əhəmiyyətindən danışdı.




