Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məhbusun ŞOK iddiası
  • "Səni qəbul etməyəcəm, deyirlər sən yaman şeysən - atamansan"... - Başçının sakinə cavabı // VİDEO
  • "Dövlət məmurları bilməlidirlər, onların işinə həm də media nümayəndələri nəzarət edir."- İLHAM ƏLİYEV
  • Şuşa və Hadrutda TV yayımı üçün tezliklər müəyyənləşdi
  • İlham Əliyev və ailəsi Şuşa məscidində dua etdi - Video
  • Prezidentin doğum günü ilə əlaqədar tədbir keçirilib
  • Cəbrayıl sakinləri susmur - VİDEO
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • 07 Eyl 2020, 11:09   
        255

    BAKI-XEBERTV.AZ
    Gürcüstan polisi yenə Metin Erdemin TIR-ını saxladı, Mübariz İbrahimovun portretini sökməyi tələb etdi
    Türkiyəli TIR sürücüsü, idarə etdiyi maşının kuzovu üzərində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun böyük portretini asan Metin Erdem yenə Gürcüstan polisi tərəfindən saxlanılıb.

    Türkiyə KİV-lərinə xəbər verir ki, bu haqda Erdem özü danışıb.

    Metin Erdem neçə vaxtdır ki, TIR-ın üzərində Mübariz İbrahimovun və 2016-cı ildə Türkiyədə baş vermiş hərbi çevriliş cəhdi zamanı FETÖ-çü general Semih Terzini güllələyən, daha sonra onun mühafizəçiləri tərəfindən öldürülən zabit Ömer Halisdemirin portretlərini daşıyır. Və dediyinə görə, beynəlxalq səviyyədə tanınan bütün müvafiq icazə sənədləri var. Lakin hər dəfə Gürcüstan sərhədini keçəndə onu həmin portretlərə görə saxlayıb incidirlər.



    Bu dəfə Metin Erdem 6 TIR sürücüsü ilə birlikdə Naxçıvandan yüklədikləri duzu Gürcüstana çatdırmaq üçün yola çıxıb. Naxçıvandan Türkiyəyə daxil olandan sonra Ərdəhan Türkgözü sərhəd-keçid məntəqəsindən Gürcüstana keçib. Burada ölkəyə daxil olan avtomobilləri yoxlayan gürcü polisi Metin Erdemin 76 AAB 845 dövlət nömrə nişanlı TIR-ını saxlayıb. Və qəhrəmanların portretləri ilə bağlı sorğu-sual edib. Sürücü portretləri daşımaq üçün icazə sənədini göstərərək yoluna davam etmək istəyib, ancaq polis onun sənədlərini və pasportunu əlindən alaraq Mübariz İbrahimovun portretini sökməyi tələb edib.




    Sürücü qəhrəmanların onun üçün önəmi haqda danışaraq polislərlə mübahisə edib. Lakin ona ölkəyə keçid icazəsi verməyiblər. Bunu görən TIR sürücüləri Türkiyə jandarmasının 156 nömrəli qaynar xəttinə zəng vurub. Ərdəhandakı jandarma məmurları məsələni Gürcüstandakı Türkiyə konsulluğuna çatdırıb. Konsulluğun işə qarışmasından sonra gürcü polisi Metin Erdemin TIR-ının ölkəyə keçməsinə nəhayət icazə verib.

    “Gürcüstan sərhədində həmişə Mübariz İbrahimovun portretinə görə problem yaşayıram. Portreti görən polislər hər dəfə məni sərhəddə 4-5 saat gözlədir, icazə sənədlərimi, pasportumu alır. Sonuncu dəfə də belə oldu, maşınımı saxladılar, kənara çəkdilər. Azərbaycanla Ermənistan arasında münaqişə olduğunu deyərək portretə icazə verməyəcəklərini dedilər. Mən də onlara hər iki qəhrəmanın milli qürurumuz olduğunu dedim, portretləri sökməyəcəyimi bildirdim. "Bura Ermənistandır, yoxsa Gürcüstan?!" deyə onlara etiraz etdim. Gürcü polislərin ilə hər dəfə yaşadığım problemlərdən bezdim, yoruldum, amma bu portretləri sökməyə məni heç kim məcbur edə bilməz. Səlahiyyətli şəxslərdən kömək istəyirəm. Maşınımın üstündəki portretlərlə birlikdə uyğunluq sənədləri var. Mənə bu məsələdə kömək etdinlər”,-türkiyəli sürücü deyib.

    Virtualaz.org
    loading...