Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Əliyevin o cür qarşılanması Nikola siqnal idi - Solonnikov
  • Nikolun Bakıya qarşı 15 may hazırlığı - Yıldırım işarə etdi
  • Səfirliyimizə hücum təşkil edilmiş terror aktı idi
  • İranda hər kəs anlamalıdır ki... - Prezident
  • Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu
  • Dini radikalizmin təbliğinə cəlb olunan 16 nəfər həbs olundu
  • Cocuq Mərcanlıda çoban minaya düşdü
  • Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
  • Laçın yolunda ekofəallar bu işi görəcəklər
  • Bu ölkə TÜRKPA-ya müşahidəçi üzv seçildi
  • Anar Bağırov vəkillərə xəbərdarlıq etdi
  • Rəsmən təsdiqləndi: Qarabağda yeni rus komandan...
  • İrəvan son 43 gün ərzində heç bir cavab verməyib
  • İran casus şəbəkəsinə qarşı əməliyyat gedir: həbs var
  • Azərbaycan türk dünyasının gücünü göstərdi - Çavuşoğlu
  • FETÖ-nün Azərbaycan üzrə rəhbərlərindən biri həbs edildi
  • Hansısa yolla bu tələdən çıxa biləcəyimizi düşündük
  • Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb - Prezident
  • Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası yaradılır
  • Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq
  • ham Əliyevin Qazaxıstana səfəri başa çatdı
  • Azərbaycanla İran arasında razılıq əldə olundu
  • Bayramov Abdullahianla danışdı: İki ölkə arasında ixtilaflar...
  • Ermənilərin minaları məcburi köçkünlərə əngəldir - Ekspress
  • Pərvin Hüseynəliyevaya yeni vəzifə verildi
  • 18 Haz 2020, 16:20   
        744


    BAKI-XEBERTV.AZ
    Dövlət - xalq birliyindən səadət günəşi doğacaq.

    2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərinə xaincəsinə basqınından və ordumuzun düşmənə layiqli cavabından sonra Azərbaycanin siyasi üfüqlərində qaranlıqlar çəkilməyə başlamış və səadət günəşinin doğması üçün milli birlik nümayiş etdirilmişdir. Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq ölkə ərazisində fəaliyyət göstərən, müxtəlif proqramı, platforması, fərqli məqsədi və məramı olan siyasi partiyalar - siyasi rəqiblər anamız Azərbaycanın dar günündə bir oğul qeyrəti, övlad məsuliyyəti nümayiş etdirmiş, iqtidar partiyası ilə olan fikir ayrılığını, məsələlərə müxtəlif yanaşma tərzini bir yana qoyaraq bir yumruq kimi birləşərək mənfur düşmənimizin – ermənilərin başına enmək üçün Ali Baş Komandanın ətrafında birləşdiklərini bəyan etmişlər.

    43 partiya sədrinin imzaladığı bu tarixi birgə Bəyanatda birmənalı şəkildə bildirilir: “Biz, Azərbaycanın siyasi partiyaları Ali Baş Komandan, Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, hər cür erməni fitnəsi və təxribatlarının qarşısının alınması istiqamətində həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, onun ətrafında sıx birləşdiyimizi bəyan edirik. Xalqımızı həmrəyliyə, Vətənimizə qarşı uzanan qanlı erməni əllərini qətiyyətlə kəsib atmağa hər an hazır olmağa səsləyirik. Şərəfli tarixi olan Ordumuzla qürur duyur, onunla bir olduğumuzu ifadə edirik. Möhtərəm Prezidentimiz və Ali Baş Komandanımızı əmin edirik ki, hər birimiz Vətənimizin şərəfi və namusu yolunda onun istənilən tapşırığını hər an yerinə yetirməyə hazır olan müsəlləh əsgərik”.

    Əlbəttə, Azərbaycanın dünya miqyasında davamlı olaraq artan gücü, beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyamızın uğurları düşmənlərimizi, eləcə də digər bədxah qüvvələri çox narahat edir.

    Əminəm ki, Azərbaycanın Tovuz istiqamətindəki sərhəd ərazilərində düşmən hücumunun qarşısının alındığı belə bir ağır məqamda siyasi partiyaların vəziyyəti düzgün dəyərləndirərək milli birlik nümayiş etdirmələri, müzəffər ordumuza, qəhrəman əsgərlərimizə dəstək məqsədi ilə minlərlə insanın Qəbələ, Qazax, Tovuz, Sumqayıt və Bakı küçələrinə axışması bu narahatlığı daha da artıracaq, çünki bu həm xalqımızın şəhidlərinə olan sonsuz məhəbbət və ehtiramı, həm də xalq – ordu həmrəyliyinin, xalq – dövlət birliyinin bariz nümunəsidir.

    Təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından çox-çox kənarlarda da soydaşlarımız Vətənimizə, millətimizə, ordumuza dəstək aksiyası keçirir, birlik və həmrəylik nümayiş etdirirlər. Dərin tarixi köklərə, adət-ənənələrə, mədəniyyətə malik olan, “Tək əldən səs çıxmaz”, “Güc birlikdədir” – deyən, Dədəm Qorqud qopuzunun sədaları altında düşmən üstünə birlikdə gedən Oğuz igidlərini yetirən xalqımızın yenilməzliyinin təzahürüdür bu milli birlik!..

    Cənubi Qafqazın lider dövləti olan Azərbaycanda bu günlərdə müşahidə olunan prezident – xalq həmrəyliyi, siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının həmrəyliyi, ön və arxa cəbhə birliyi bunu deməyə əsas verir ki, bu möhtəşəm birlikdən xalqımızın uzun illərdən bəri həsrətlə gözlədiyi səadət günəşi doğacaq ! Mütləq doğacaq!

    Bu səadət günəşi də, xalq – dövlət birliyi, xalq – dövlət həmrəyliyinin sarsılmazlığı da bədxahlarımızın, düşmənlərimizin gözlərini kor edəcək!

    Bu günəş öz sonsuz nuru ilə Qarabağın başı üstünü almış qatı qaranlığı birdəfəlik boğacaq!

    Ali Baş Komandanımız İlham Əliyevin: “Mən bunu dəfələrlə bildirmişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi!” – sözləri öz əməli təsdiqini tapacaq. Azərbaycanın azadlığı və müstəqilliyi, torpaqlarımızın bölünməzliyi, sərhədlərimizin toxunulmazlığı uğrunda qurban getmiş şəhidlərimizin ruhu şad olacaq, Qarabağ səmasında üçrəngli bayrağımızla yanaşı pərvazlanacaq.




    Könül Məmmədli Yusif qızı
    Xəzər rayonu 234№-li tam orta məktəbin Direktoru
    loading...