Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ərdoğan azərbaycanlı yazıçıya mükafat verdi
  • DİM nazirlikdə bu müsahibələri ləğv etdi
  • Azərbaycanın xarici siyasət strategiyasında dövlətlərarası əməkdaşlıq və dostluq prinsipləri üstünlük təşkil edir
  • İrəvan dəhlizə qarşıdır: Bakı bu addımı atacaq – Erməni professor
  • Blinken məhz Nikola çağırış etdi, nəsə düz deyil - Qriqoryan
  • Azərbaycan bu gün ilham mənbəyinə çevrilib
  • Bayramov iranlı həmkarı ilə danışdı: Nələr müzakirə edildi?
  • Tarixi Zəfərin əsas formulu – VİDEO
  • 8 Noyabr - Zəfər Günüdür!
  • Allahverdi Bağırovun qəbrində kim dəfn edilib? - Video
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin təbriki
  • Bakı və Astana bu sahədə əməkdaşlıq edəcək
  • Bayramov Borrellə sərhədi müzakirə etdi
  • Bayramov Çavuşoğlu ilə danışdı
  • Puqaçovanın nəvəsi səfərbərliyə çağrıldı
  • Azərbaycan Fransadan təzminat tələb edir
  • Bu Dövlət Xidmətinin səlahiyyətləri genişləndirildi
  • Dünya məhvin BİR ADDIMLIĞINDA: "Milyonlarla qurbanı olan nüvə müharibələri baş verəcək"
  • Səfərova: Ermənistan 4 ölkə ilə qonşudur, 3-nə ərazi iddiası var
  • Əskişəhərdəki həmvətənlərimiz aksiya keçirdi
  • Səfərbərlikdən qaçan ruslar sərhəddə saxlanıldı
  • Paşinyan Overçukla görüşdü: təfərrüat bəlli deyil
  • Vilayət Eyvazov rəisi işdən çıxardı
  • Paşinyan Səmərqəndə getməkdən imtina etd
  • Şəhid Milli Qəhrəman Polad Həşimovun ailə üzvlərini ziyarət etdik.
  • 16 Mar 2020, 08:11   
        1 139



    ŞƏHİD HƏSƏNQULU QAÇAY OĞLU QASIMOV
    1969-cu il iyunun 9-da Qubadlı rayonunun Qayalı kəndində anadan olmuşdu.1984-cü ildə Qayalı səkkizillik, 1986-cı ildə Qubadlı qəsəbə orta məktəbini bitirmişdir.1987-ci ildə ordu sıralarına çağrılaraq 1989-cu ilə qədər Almaniya Demokratik Respublikasında xidmət etmişdir.
    Almaniyadan tərxis olunduqdan sonra Azərbaycanın müdafiəsinə qalxmış və döyüş yolu Şuşadan başlamış, Laçında davam etmiş, Qubadlıda isə sona çatmışdı.Qasımov Laçın şəhəri işğal olunarkən el arasında “Qorxmazçılar” adı qazanmış taqımı ilə köməyə gəlmiş və 108 nəfəri mühasirədən çıxarmışdır. Sonra Qasımovun başçılıq etdiyi taqım Qubadlı rayonuna göndərilmişdi.O, bunda sonra ömrünün sonuna qədər ermənistanın sərhədində yerləşən Yuxarı Cibikli kəndi və onun ətrafını müdafiə etmişdir. Bununla belə onun taqımı nümunəvi taqımlardan olduğu üçün rayonun ən qaynar nöqtələrinə köməyə də göndərilirdi.
    Qasımovun son döyüşü 1992-ci ilin dekabrın 10-da Yuxarı Cibiklidə oldu. Saat təxminən altı radələrində, qəflətən güclü artilleriya hücümu başladı. O, döyüşçülərə öz mövqelərinə çəkilməyə əmr verib, özü səngərə doğru qaçdı. Həmin vaxt düşmənlərin atdığları mərmilərdən biri onun yanında partladı. Onun yanına yetirən tibb bacısının səylərinə baxmayaraq, Həsənqulu Qasımov həlak oldu.Qubadlı Şəhidlər xiyabanında dəfn edilib.
    Subay idi. Qarabağ müharibəsi zamanı alnına bağladığı yaşıl lentdə "Həsən Qorxmaz" yazısı var idi.
    Şəhid olan gününə kimi lenti alnından heç açmamışdır.
    Həsən Qorxmaz ləqəbini böyük bir hadisə ilə bağlı olaraq özü qəbul etmişdir. 1992-ci il mayın 18-də 100 nəfərlik dəstə ilə Laçın şəhərinə girmək istəyən Qasımova qarşı təxribat törədilmiş və güllələr komandirini qoruyan cəsur Qorxmaz Baxşıyevin sinəsini yaralamışdır. Qasımov sürücü Qorxmaz Baxşıyevlə Şuşada tanış olmuşdur. Cəsurluğu və qorxmazlığı ilə öz adını doğruldan Qasımov komandirinin həyatını öz həyatı bahasına xilas etdiyindən, ona "Qorxmaz" ləqəbi verilmişdir.
    1994-cü il oktyabr ayının 4-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı " ordeni ilə təltif olundu.
    ALLAH RƏHMƏT ELƏSİN.

















    Vüqar Həsənov Teymur Müskanlı
    loading...