
Bakı helikopterlər vasitəsilə dezinfeksiya ediləcək? - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə Bakı şəhərinin bu axşam helikopterlər vasitəsilə dezinfeksiya ediləcəyinə dair məlumatların heç bir əsası yoxdur.
XEBERTV.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qərargahdan deyilib ki, yayılan məlumatlar şayiədir, belə bir hazırlıq aparılmır.Yeniavaz.com