
Səhiyyə Nazirliyi az öncə açıqladı: Bu gün 196 nəfər ölüb... - İtaliyada qara gün...
Avropada koronavirusun ən çox yayıldığı ölkə olan İtalyada qara bir gün yaşanıb.
XEBERTV.AZ xəbər verir ki, İtaliya Səhiyyə Nazirliyi martın 11-də daha 196 nəfərin öldüyünü açıqlayıb.Son açıqlanan rəqəmlə birlikdə ölü sayı ümumilikdə 827 nəfərə çatıb. Həmçinin, bu gün 2313 nəfərdə koronavirus aşkarlanıb.
Bununla da İtaliyada ölümcül virusa yoluxanların sayı 12462 nəfərə çatıb. Onlardan 1028 nəfırin vəziyyəti ağırdır.Redaktor.az