
BAKI-XEBERTV.AZ
Ruhani generalın ölümündən danışdı
General Süleymaninin ölümü İran xalqının ürәyini yaralayıb.
Virtualaz.org bildirir ki, bunu İran prezidenti Hәsәn Ruhani Qasim Süleymaninin ölümü ilә әlaqәdar müraciәtindә deyib.
Ruhaninin sözlәrinә görә, bu hadisә ABŞ qarşısında İran xalqının müqavimәtini bir neçә dəfə artıracaq: "ABŞ bu hәrәkәti ilә bütün humanist vә beynәlxalq normaları tapdalayıb".
Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.