Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • 29 Ara 2019, 18:46   
        416



    Azərbaycanda rüşvətin kökü kəsilir: “Heç kimə güzəşt olunmayacaq…”

    Qanunsuz əməlləri ilə xalqı cana doyuran məmurların cəzalandırılması davam edəcək.

    XEBERTV.AZ Yenisabah.az-a istinadən xəbər verir ki, siyasi şərhçilər Prezident İlham Əliyevin telekanallara müsahibəsində icra başçılarının həbsinə toxunarkən səsləndiridiyi fikirlərdən bu qənaətə gəliblər.

    Ölkə başçısı bu məsələ barədə danışarkən bəyan edib ki, icra başçılarının həbsindən ibrət götürülməlidir.

    “Mənim təşəbbüsümlə biz hər rayonda ictimai ödənişli iş yerləri yaratdıq, vətəndaşlara, heç olmasa, minimum əməkhaqqı səviyyəsində məvacib verilsin deyə. Beləliklə, ölkə ərazisində 40 minə yaxın belə ictimai iş yeri var. O mənada ictimai ki, ictimai işlərlə məşğul olur, haradasa təmizlik işləri, bərpa işlərilə. Bəziləri bağban kimi işləyir. Ödənişli, çünki buna görə maaş alır. Bax, bu maaşı da onlar qıymadılar o kasıb adamlara.

    O kartları götürüb oradan pul çəkib öz ciblərini doldurdular. Buna nə ad vermək olar? Bu, vicdansızlıqdır. İndi yaxşı, xalqdan qorxmursansa, Allahdan qorx. Belə şey etmək olarmı? Ona görə, bax, bu, onu göstərir ki, bu, məmurun mənəvi deqradasiyasıdır, bu, insanın mənəvi deqradasiyasıdır. Belə məmurlar bizə ləkədir, ölkəmizə ləkədir, iqtidara ləkədir. Hamı bilsin, eşitsin ki, belə hallara qarşı mübarizə daha ciddi aparılacaq. Hamı ibrət götürsün, dərs götürsün, hər kəs üçün dərs olsun”, -deyə Prezident vurğulayıb.

    Ekspertlərin fikrincə, artıq idarəetmədə yeni dönəmin başladığı barədə səsləndirilən fikirlərin əsassız olmadığı təsdiqini tapır. Azərbaycanda ilk dəfə olaraq icra başçısı rüşvət və korrupsiyaya görə iş başında həbs edilir və bunun ardınca Prezident səviyyəsində bu cür məmurların əməlləri vicdansızlıq kimi qiymətləndirilir, eyni zamanda belə hallara qarşı ciddi mübarizə aparılacağı bildirilir.

    Ötən dəfə məlumat vermişdik ki, hazırda bir sıra icra hakimiyyətlərində yoxlamalar aparılır. Bu yoxlamaların nəticəsi olaraq daha bir neçə məmurun cəzalandırılacağı gözlənilir. Bütün bunlar Prezidentin başlatdığı islahatlar kampaniyasının yeni mərhələsi kimi dəyərləndirlir və görünən budur ki, bu mərhələdə heç kimə güzəşt olunmayacaq.

    Siyasi ekspertlər hesab edir ki, Prezidentin telekanallara müshibəsi məmurlara ciddi siqnaldır və onlar məsələnin kifayət ciddi olduğunun fərqində olmalıdırlar. Əks təqdirdə Nizaməddin Quliyevin aqibətini yaşaya bilərlər.
    loading...