Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ABŞ-ın Əliyevə açıq dəstəyi İrəvanı silkələyir...
  • Əliyevin o cür qarşılanması Nikola siqnal idi - Solonnikov
  • Nikolun Bakıya qarşı 15 may hazırlığı - Yıldırım işarə etdi
  • Səfirliyimizə hücum təşkil edilmiş terror aktı idi
  • İranda hər kəs anlamalıdır ki... - Prezident
  • Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu
  • Dini radikalizmin təbliğinə cəlb olunan 16 nəfər həbs olundu
  • Cocuq Mərcanlıda çoban minaya düşdü
  • Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
  • Laçın yolunda ekofəallar bu işi görəcəklər
  • Bu ölkə TÜRKPA-ya müşahidəçi üzv seçildi
  • Anar Bağırov vəkillərə xəbərdarlıq etdi
  • Rəsmən təsdiqləndi: Qarabağda yeni rus komandan...
  • İrəvan son 43 gün ərzində heç bir cavab verməyib
  • İran casus şəbəkəsinə qarşı əməliyyat gedir: həbs var
  • Azərbaycan türk dünyasının gücünü göstərdi - Çavuşoğlu
  • FETÖ-nün Azərbaycan üzrə rəhbərlərindən biri həbs edildi
  • Hansısa yolla bu tələdən çıxa biləcəyimizi düşündük
  • Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb - Prezident
  • Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası yaradılır
  • Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq
  • ham Əliyevin Qazaxıstana səfəri başa çatdı
  • Azərbaycanla İran arasında razılıq əldə olundu
  • Bayramov Abdullahianla danışdı: İki ölkə arasında ixtilaflar...
  • Ermənilərin minaları məcburi köçkünlərə əngəldir - Ekspress
  • 29 Ara 2019, 09:55   
        592


    Türkiyədə sənədsiz yaşayan azərbaycanlılar... - Soylu

    Türkiyədə sənədsiz məskunlaşmış azərbaycanlıların hüquqi statusunun leqallaşdırılması ilə bağlı məsələdən xəbərdarıq və bunun üzərində işləyirik.

    XEBERTV.AZ xəbər verir ki, bunu Report-a açıqlamasında Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu bildirib.

    Onun sözlərinə görə, mövcud problemlə bağlı müvafiq addımlar atılacaq: “Məsələdən məlumatımız var. Bunun üzərində işləyirik. Türkiyə hökumətinin ümumi köç siyasəti çərçivəsində işlər aparırıq. Azərbaycan bizim canımız, azərbaycanlılar bizim qardaşlarımızdır. Heç narahat olmayın. Bu məsələ yaxın zamanda öz həllini tapacaq”.

    Qeyd edək ki, Türkiyədə, xüsusilə İstanbul şəhərində sənədsiz məskunlaşmış azərbaycanlıların hüquqi statusunun leqallaşdırılması məsələsi xeyli müddətidir gündəmdədir. Belə ki, bir müddət öncə təxmini sayı mindən çox olan, 1990-cı illərdə Türkiyəyə köçmüş və hazırda orada qanunsuz məskunlaşmış azərbaycanlılarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin işçi qrupu yaradılıb, bu ailələrinin siyahıya alınmasına başlanılıb və məsələnin mərhələli həllinin reallaşacağı barədə məlumat verilib.

    Hətta Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi belə vətəndaşlarının Türkiyədəki qeyri-leqal miqrant həyatından qurtulması üçün ilk cəhdləri də göstərib. Sentyabrın sonlarında Azərbaycandan olan qeyri-leqal miqrantların İstanbulun müxtəlif səmtlərində kompakt yaşadıqları bölgələrdə silsilə görüşlər keçirilib. Bundan başqa Azərbaycanın Xarici və Daxili işlər İşlər nazirlikləri, Diaspora ilə İş üzrə Dövlət Komitəsi, Miqrasiya Xidməti, Təhsil Nazirliyi, “ASAN Xidmət”in də daxil olduğu 13 dövlət qurumunun mütəxəssisləri problemin araşdırılmasına yönləndiriliblər.

    Digər tərəfdən, 2020-ci ildən etibarən Türkiyənin Köç İdarəsi türkdilli ölkələrdən gələn və turist vizası ilə Türkiyədə məskunlaşan vətəndaşların qeydiyyatının uzadılmayacağı barədə məlumatlar yayılıb. Bununla bağlı yeni qaydaların tətbiq ediləcəyi gözlənilir. Belə ki, türkdilli ölkələrdən gələn və Türkiyədə oturum alan (yaşamaq hüquqi) vətəndaşlar üçün sadəcə ilk il üçün keçərli olan turistik oturumun veriləcəyi məsələsi bu sahədə qanunların daha da, sərtləşəcəyindən xəbər verir. Bununla bərabər, Türkiyədə ümumiyyətlə heç bir sənədi olmadan qeydiyyatsız yaşayan azərbaycanlı ailələr 2020-ci ildə onları gözləyən qeyri-müəyyən vəziyyətdən çox narahatdılar.
    loading...