Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • 24 Ara 2019, 07:54   
        609



    Prezident İlham Əliyevin ad günüdür - Fotolar



    Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ad günüdür.

    XEBERTV.AZ bildirir ki, İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakıda anadan olub. O, 1967-1977-ci illərdə Bakı şəhərindəki 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə məktəbi bitirdikdən sonra Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olan İlham Əliyev burada tarix elmləri namizədi elmi dərəcəsinə qədər yüksəlib.

    1994-cü ildən 2003-cü ilə qədər Azərbaycan Dövlət Neft Şirkətində çalışıb. Burada əvvəlcə vitse-prezident, daha sonra isə birinci vitse-prezident vəzifələrini icra edib. Buradakı fəaliyyəti dönəmində o, Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal rol oynayıb.

    İlham Əliyev Azərbaycanda idmanın inkişafında da mühüm rol oynayır. 1997-ci ildə Milli Olimpiya Komitəsinə rəhbər təyin edilən Əliyev idmanın inkişafına xüsusi qayğı göstərməyə başlayır.

    İki dəfə Azərbaycan Milli Məclisinin deputatı seçilən İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri kimi çalışır. 2003-cü ilin yanvarında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilir. Elə həmin ilin avqustunda Baş nazir vəzifəsinə təyin edilir.



    Baş nazir təyin olunmasından sonra onun deputat səlahiyyətlərinə xitam verilir. 2003-cü ilin 15 oktyabrında Azərbaycan Republikasının Prezidenti seçilir. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevin lehinə səs verir.

    İlham Əliyev 2008, 2013 və 2018-ci il prezident seçkisində yenidən xalqın etimadını qazanaraq prezident olur.

    Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilən İlham Əliyevin üç övladı və dörd nəvəsi var.









    loading...