Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 18 Ara 2019, 20:51   
        473



    BAKI-XEBERTV.AZ
    QHT rəhbəri prezidentin ad gününə hədiyyə hazırlayıb - Fotolar

    Mahirə Əsədova
    QHT rəhbəri Mahirə Əsədova: “Ölkə Başçımıza ən gözəl hədiyyə onun rəhbərlik etdiyi dövlətə layiqincə xidmət etməkdir”
    Dünya Azərbaycanlılarının Həmirəylik günü və yeni il ərəfəsində “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə xanım Əsədovanın zəngin və çoxşaxəli fəaliyyətinə nəzər salmağımız təsadüfi deyildir.



    Mahirə Əsədova illərdir ki, Ulu Öndərin anım günləri bağlı bir sıra tədbirlər keçirir və Prezident İlham Əliyevin ictimai-siyasi kursunu dəstəkləyən əməli işləri ilə seçilir.

    Ölkəmizdə və dünyada özünün xeyirxahlıq işlərini uğurla reallaşdıran “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədri Mahirə xanım Əsədova çoxşaxəli fəaliyyəti ilə sadə insanların,ziyalıların,şəhid ailələrinin sevgisini, rəğbətini qazanıb.



    M.Əsədova hal-hazırda növbəti sayca 5-ci Subartezian quyunun inşasını davam etdirir. Mahirə xanım yeganə QHT rəhbəridir ki, heç bir qrant təşkilatından maliyə almadan öz şəxsi vəsaiti ilə xalqına xidmət göstərir.

    Əsədovanın arzusu həmçinin Qarabağda xeyirxahlıq missiyasını davam etdirməkdir.



    ictimai fəal Azərbaycan qadını, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin sədiri Mahirə Əsədovanın fəaliyyətinə nəzər salaq;

    “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi 2005-ci il avqustun 12-də qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsini mövcud qanunvericilik çərçivəsində qorumaq məqsədi ilə yaradılıb.

    Mahirə Əsədova 2014-cü yanvar ayının 25-də “Yeni yurd” Sosial İnkişaf ictimai birliyinə sədr seçilib. Bu vəzifəyə seçilənədək “Azərbaycan qadıını” layihəsinin rəhbəri olub. Bu layihə çərivəsində Ulu Öndər H.Əliyevin həyata keçirdiyi qadın siyasətinə həsr edilən “Azərbaycan qadını” adlı kitab nəşr olunub və təqdim edilib.

    2011-ci ildə “Azərbaycan qadını” layihəsinin uğur qazanması ilə əlaqədar “Həftə içi” qəzeti redaksiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə “Best of the Best” (Yaxşıların yaxşısı) mükafatına layiq görülüb.

    2011-ci ilin mart ayında Azərbaycanın Milli Qəhrəmanı, şəhid soydaşımız Mübariz İbrahimovun xatirəsinə həsr edilən teatr tamaşasının səhnələşdirilməsi prosesini maliyyələşdirib.

    2012-ci ilin yanvarında ideyası əsasında “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinə məxsus “Biz, Şərqdənik!” adlı qısametrajlı film Mahirə Əsədovanın rəhbərliyi altında istehsal olunaraq, təqdimat mərasimi keçirilib.

    Filmdə görkəmli şərqşünas alim, Professor Aida İmanquliyevanın fəaliyyəti və ömür yolu geniş işıqlandırılıb. Mahirə xanımın maliyyə dəstəyi ilə “Azərbaycan qadını” layihəsinə mahnı yazılıb və həmin mahnıya klip çəkilib.

    2013-cü ildə Ulu Öndər Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Türkiyədə anma mərasimi təşkil edib. Anma mərasimində onunla yanaşı Türkiyə Cümhuriyyəti Başkent Barışıq Kardeşlik Platformasının Baş Katibi Dr. Mustafa Kurt, yazar Zülfü Canpolat, iş adamı Ramazan Toprak, aparıcı Zeynep Köşkər, eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin üzvləri iştirak ediblər.

    2013-cü il mayın 5-də Ümummilli lider H.Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Bakıdakı “Alov qüllələri” Kompleksinin “Fairmont Baku” zalında ədəbi-bədii gecə keçirib. Tədbirə qardaş ölkə olan Türkiyənin fəal ictimai xadimləri, habelə, sabiq Millət vəkilləri dəvət olunub.

    Qonaqlar və tədbir iştirakçıları eyni zamanda Quba Soyqırım Memorial Kompleksini, Şamaxı rayonu ərazisindəki Tənha Türk əsgərinin məzarını ziyarət ediblər.

    Bundan başqa, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin maliyyə dəstəyilə Ulu Öndər H.Əliyevin mənalı ömür yolundan bəhs edən “Mən, azərbaycanlıyam” və “Zərifliyin keşiyində-Böyük dayaq” sənədli filmləriinin təqdimatları keçirilib. Mahirə Əsədovanın maliyyə dəstəyi ilə Türkiyənin Marmara Universitetində Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin mənalı ömür yolu haqqında kitab nəşr olunub. Hazırda həmin kitab bu ali təhsil ocağında dərslik kimi istifadə olunur.

    M.Əsədovanın rəhbərliyi altında Azərbaycan və Türkiyə dövlətləri arasından dostluq əlaqələrindən bəhs edən “Torpaq, uğrunda ölən varsa, Vətəndir!” sənədli filminin təqdimatı Bakıda, habelə, Türkiyənin müxtəlif şəhərlərində və Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilib.

    2017-ci ildə Mahirə xanımın təşkilatçılığı ilə tarixçi alim N.Tapdıqoğlunun torpaqlarımızın taleyindən bəhs edən “Faciələrimizin təqvim izləri” adlı 1024 səhifəlik ensiklopedik kitabın nəşri və təqdimatı təşkil edilib.

    2017-ci ilin fevral ayının 23-də Türkiyənin Bolu şəhərində, Ankara – İstanbul yolunun üstündə “Xarı bülbül” abidəsi istifadəyə verillib. Açılış mərasimində Türkiyənin hakim dairəsinin məsul şəxsləri iştirak ediblər.

    Yeni Yurd” Sosial İnkişaf ictimai birliyi və “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin fəalları dövlətin maliyyə dəstəyi olmadan mütəmadi olaraq cəbhə bölgələrinə səfər edirək, Silahlı Qüvvələrin şəxsi heyəti qarşısında maraqlı tədbirlər keçirirlər.

    2014-cü ilin iyun ayının 15-də – Milli Qurtuluş günü Ağdam rayonunun Əhmədağalı kəndində “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin maliyyə dəstəyilə Subartezian quyu və bulaq istifadəyə verilib. Həmin bulağa şəhid Şəmsəddin İsgəndərovun adı verilib.

    Növbəti Bulaq və Subartezian quyu Əsədovanın maliyyə dəstəyi ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində qazılıb. Həmin bulağa Azərbaycanın Milli Qəhrəmanı, şəhid soydaşımız Şirin Mirzəyevin adı verilib. Ağdamda daha 2 Bulaq və Subartezian quyu qazılıb və istifadəyə verilib. Ağdam rayonunda öz şəxsi vəsaiti ilə inşa etdirdiyi şəhidlərin adını daşıyan subartizanlar rayon rəhbərliyi və ictimayyəti tərəfindən yüksək qiymətləndirilərək rayonun fəxri vətəndaşı adına layiq görülüb.

    Mahirə xanım Əsədovanın rəhbərliyi altında keçirilən bütün tədbirlər Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi, cənab Prezident İlham Əliyevin apardığı daxili siyasətə dəstək məqsədilə görülüb.

    Qeyd edək ki, 2019-cu il dekabr ayının 24-də Ağdam rayonunda “Yeni Yurd” ictimai birliyinin təşkilatı və maliyyə dəstəyi ilə inşa edilən 5-ci Subartezian quyu, həmçinin Bulağın açılış mərasimi keçiriləcək.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum günü ilə əlaqədar keçiriləcək mərasimə cənab Prezident İlham Əliyev və xanımı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva dəvət edilib.bizimyol.info
    loading...