Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ABŞ-ın Əliyevə açıq dəstəyi İrəvanı silkələyir...
  • Əliyevin o cür qarşılanması Nikola siqnal idi - Solonnikov
  • Nikolun Bakıya qarşı 15 may hazırlığı - Yıldırım işarə etdi
  • Səfirliyimizə hücum təşkil edilmiş terror aktı idi
  • İranda hər kəs anlamalıdır ki... - Prezident
  • Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu
  • Dini radikalizmin təbliğinə cəlb olunan 16 nəfər həbs olundu
  • Cocuq Mərcanlıda çoban minaya düşdü
  • Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
  • Laçın yolunda ekofəallar bu işi görəcəklər
  • Bu ölkə TÜRKPA-ya müşahidəçi üzv seçildi
  • Anar Bağırov vəkillərə xəbərdarlıq etdi
  • Rəsmən təsdiqləndi: Qarabağda yeni rus komandan...
  • İrəvan son 43 gün ərzində heç bir cavab verməyib
  • İran casus şəbəkəsinə qarşı əməliyyat gedir: həbs var
  • Azərbaycan türk dünyasının gücünü göstərdi - Çavuşoğlu
  • FETÖ-nün Azərbaycan üzrə rəhbərlərindən biri həbs edildi
  • Hansısa yolla bu tələdən çıxa biləcəyimizi düşündük
  • Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb - Prezident
  • Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası yaradılır
  • Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq
  • ham Əliyevin Qazaxıstana səfəri başa çatdı
  • Azərbaycanla İran arasında razılıq əldə olundu
  • Bayramov Abdullahianla danışdı: İki ölkə arasında ixtilaflar...
  • Ermənilərin minaları məcburi köçkünlərə əngəldir - Ekspress
  • 27 Eyl 2019, 18:10   
        648


    İstanbulu yerlə-yeksan edəcək dəhşətli zəlzələ gəlir - Alimlərdən ŞOK PROQNOZ

    İstanbulda baş verən zəlzələnin Mərmərə dənizində gözlənilən böyük zəlzələnin “müjdəçisi” olması haqda müzakirələr davam edir.

    XEBERTV.AZ xəbər verir ki, türkiyəli professor Şener Üşümezsoy İstanbulun Silivri bölgəsində bundan sonra böyük zəlzələnin olmayacağını proqnozlaşdırıb.

    “Silivridə 5,8 ballıq zəlzələ oldu, bundan sonra daha böyük olmayacaq. Ən riskli yer hazırda Kumburgaz bölgəsidir. Fayların qırılması Kumburgaza doğru gedərsə, 6,5 ballıq zəlzələ ola bilər. Silivri çuxurunda belə zəlzələlərin olması normadır. Orada fay xətti 1912-ci ildə qırılıb. Tekirdağ və Yalova fayında da problem yoxdur. Hazırda ciddi risk görmürəm”, - deyə o bildirib.

    Dokuz Eylül Universitetinin Zəlzələ Araşdırma Mərkəzinin müdiri, professor Hasan Sözbilir İstanbulda illərdir qırılacağı gözlənilən Şimali Anadolu fay xəttinin bir parçasının qırıldığına diqqət çəkib.

    “Silivridəki zəlzələ Şimali Anadolu fayında meydana gələn qırılmanın nəticəsidir. Mərmərə dənizində qırılmaqda olan fay xəttinin ümumi uzunluğu 50 kilometdir. Bu fay xətti maksimum 6,9 bal gücündə zəlzələnin baş verməsinə səbəb ola bilər. Lakin fayın istanbulun cənubuna doğru uzanan hissəsi 70 kilometr uzunluğundadır, həmin fay xətti qırılarsa, 7,1 bal gücündə zəlzələ ola bilər. İki fay xəttinin ümumi uzunluğu 120 kilometrdir. Onların qırılması ümumi olaraq 7,4 gücündə zəlzələyə səbəb olacaq”, - deyə o xəbərdarlıq edib.Publika.az
    loading...