Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • Yerli məmurlardan əli üzülən Gəncə sakini Ukrayna prezidentindən imdad diləyir - VİDEO
  • Adı korrupsiyada hallanan məmur başqa bölgəyə "transver" edilib ?... - VİDEO
  • Canı və malı düşmən zərbəsinə tuş gəlib, halal haqqını isə məmurlar mənimsəyir - VİDEO
  • Deputatın qohumları vətəndaşı ölümcül döyüblər
  • TEMPERATUR ENİR: külək, yağış, dolu olacaq - BU GÜNÜN HAVASI
  • İrəvan erməniləri Qarabağ ermənilərini DAŞ-QALAĞ EDİR: Rədd olun... - VİDEO
  • 10 Eyl 2019, 08:04   
        539



    Süni intellekt sistemləri üçün qlobal xərclər 98 milyard dollara çatacaq

    "IDC" analitik şirkəti yaxın illərdə süni intellekt sistemləri üçün qlobal xərclərin artmaqda davam edəcəyini proqnozlaşdırır.

    XEBERTV.AZ ICTnews-a istinadən bildirir ki, yenilənmiş qiymətləndirməyə görə, 2019-cu ildə dünyada süni intellekt sistemlərinə 37,5 milyard dollar xərclənəcək, 2023-cü ildə göstərici 2,5 dəfədən çox artaraq 97,9 milyard dollara çatacaq. Bunu nəzərə alaraq hesabat dövründə bazarın ortaillik artım tempi (CAGR) 28,4 faiz təşkil edəcək.

    Süni intellektə daha çox ABŞ vəsait sərf edəcək - süni intellekt xərcləri üçün proqnozlaşdırılan bütün xərclərin yarısı bu ölkənin payına düşəcək. Qərbi Avropa ikinci yeri tutacaq, Çin isə böyüklüyünə görə dünyanın üçüncü ən böyük süni intellekt bazarı olacaq. Dinamikaya gəldikdə, yaxın beş il ərzində süni intellekt xərcləri Yaponiyada daha sürətlə artacaq - orta hesabla 45,3 faiz. Təxminən eyni (44,9 faiz) "CAGR" göstəricisi Çində də gözlənilir.

    "Süni intellekt və kompüter təlimi bu gün əksər təşkilatlarda prioritet təşkil edir. "IDC" ehtimal edir ki, yaxın onillikdə bu texnologiya bir sıra sahələrdə köklü dəyişikliklərə səbəb olacaq", - tədqiqatda qeyd olunur.

    Pərakəndə satış və bank işi süni intellekt sistemləri üçün xərclərə görə lider sahələr olacaq. Proqnoza görə, 2019-cu ildə qeyd edilən sahələr üzrə süni intellekt xərcləri 5 milyard dolları ötəcək.

    Pərakəndə ticarətdə bütün məbləğin təqribən yarısı müştərilərə xidmət, alış-veriş zamanı məsləhət və məhsul seçimi üzrə tövsiyələrin tərtibi üçün avtomatik sistemlərin payına düşəcək. Bank seqmentində əsas diqqət təhdidlərin aşkarlanması və qarşısının alınması, eləcə də fırıldaqçılıq hallarının təhlili və araşdırılması üçün süni intellekt sistemlərinə yönəldiləcək.

    Süni intellekt sistemlərinə böyük investisiyaların gözlənildiyi digər sahələr arasında mütəxəssislər tərəfindən diskret istehsal, emal sənayesi, səhiyyə və peşə xidmətləri sahəsi qeyd olunur. Süni intellekt xərclərində ən yüksək artım tempi media sənayesində və "CAGR" göstəricilərinin müvafiq olaraq 33,7 və 33,6 faizə çatacağı federal və mərkəzi hakimiyyət orqanlarında gözlənilir.
    loading...