
Ermənistan Rusiyadan yeni hərbi texnika aldı
Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi və güclənməsi üzrə proqram çərçivəsində Rusiyadan yeni texnika və avadanlıq daxil olub.
XEBERTV.AZ Report-a istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan sentyabrın 6-da Feysbuk səhifəsində yazıb.
Bildirilib ki, Rusiya istehsalı olan “Ural” markalı yeni yük avtomobilləri gətirilib.
Mətbuat katibi həmin avtomobilin şəkillərini paylaşıb.