Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 05 Eyl 2019, 22:01   
        429


    Çingizxan harada dəfn olunub? – Qəbrini 800 ildir axtarırlar



    Dünyanın ən böyük sərkərdələrindən biri olan Çingizxanla bağlı xeyli müəmmaya aydınlıq gəlməyib. Ən böyük müəmma onun dəfn olunduğu yerdir.
    XEBERTV.AZ xəbər verir ki, Çingizxanın qəbrini 800 ildir axtarırlar. Böyük Monqol imperiyasının banisi 1227-ci ildə vəfat edib. Ən çox güman edilən versiyalardan biri odur ki, Çingizxanı doğulduğu Onon çayının yaxınlığında dəfn ediblər. Orada çox qazıntı işləri aparılsa da, bir nəticə hasil olmayıb.

    Həm italyan səyyah Mark Polonun, həm də fars tarixçi Fəzlullah Rəşidəddinin yazdığına görə, izi itirmək üçün Çingizxanın dəfnində iştirak edən qulları, ümumiyyətlə, qəbir yeri haqda məlumatı olan, duyuq düşən hər kəsi sonradan öldürüblər.

    Sərkərdənin Monqolustandakı mavzoleyində heç bir qəbir yoxdur. Bir nov turist axınına hesablanmış obyektdir.

    Şayiələr çoxdur. Məsələn, danışırlar ki, SSRİ-də 1937-ci ildə qəbrin harada yerləşməsi haqda təxminlər olub, sonradan axtarışda iştirak edənlərin başına çox bəla gəlib. Bu da bir inanc məsələsidir. Guya böyük tarixi şəxsiyyətlərin qəbrini tapmaq, açmaq istəyənlər çox bəla ilə üzləşir.

    Həvəskar arxeoloq Mori Kravits əmindir ki, Çingizxanın qəbri Burhan-Haldundan 100 km şərqdə yerləşir. Hələ 15-ci əsrdə fransız katoliklər sərkərdənin böyük qələbə qazandığı yerlərdən birini tapmışdılar. Çingizxan həmin yeri çox sevirdi. Söhbət Kerlen və Bruçi çaylarının birləşdiyi ərazidən gedirdi. İndi kartoqraflar heç Bruçi çayının yerini də müəyyənləşdirə bilmir. Kravits təxmini yer müəyyənləşdirib, 2006-cı ildən orada qazıntı aparır. Hərçənd, Monqolustan hökuməti bu qazıntılara heç də isti yanaşmır.

    Arxeloqlar dayanmadan Çingizxanın qəbrini axtarır. Onun qəbri üçün gah Altayın şimal, gah da Kenteyin cənub yamaclarını qazırlar. Onun Yehe-Utek adlanan ərazidə dəfn olunduğuna inananlar da az deyil. 800 illik müəmmaya azacıq işıq belə, düşmür. Bizimyol.info
    loading...