Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Əliyevin o cür qarşılanması Nikola siqnal idi - Solonnikov
  • Nikolun Bakıya qarşı 15 may hazırlığı - Yıldırım işarə etdi
  • Səfirliyimizə hücum təşkil edilmiş terror aktı idi
  • İranda hər kəs anlamalıdır ki... - Prezident
  • Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu
  • Dini radikalizmin təbliğinə cəlb olunan 16 nəfər həbs olundu
  • Cocuq Mərcanlıda çoban minaya düşdü
  • Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
  • Laçın yolunda ekofəallar bu işi görəcəklər
  • Bu ölkə TÜRKPA-ya müşahidəçi üzv seçildi
  • Anar Bağırov vəkillərə xəbərdarlıq etdi
  • Rəsmən təsdiqləndi: Qarabağda yeni rus komandan...
  • İrəvan son 43 gün ərzində heç bir cavab verməyib
  • İran casus şəbəkəsinə qarşı əməliyyat gedir: həbs var
  • Azərbaycan türk dünyasının gücünü göstərdi - Çavuşoğlu
  • FETÖ-nün Azərbaycan üzrə rəhbərlərindən biri həbs edildi
  • Hansısa yolla bu tələdən çıxa biləcəyimizi düşündük
  • Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb - Prezident
  • Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası yaradılır
  • Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq
  • ham Əliyevin Qazaxıstana səfəri başa çatdı
  • Azərbaycanla İran arasında razılıq əldə olundu
  • Bayramov Abdullahianla danışdı: İki ölkə arasında ixtilaflar...
  • Ermənilərin minaları məcburi köçkünlərə əngəldir - Ekspress
  • Pərvin Hüseynəliyevaya yeni vəzifə verildi
  • 30 Ağu 2019, 19:41   
        645

    BAKI-XEBERTV.AZ
    Feybukda yeni fırıldaq növü yaranıb

    İnternet fırıldaqçıların insanları tələyə salaraq onların pulunu ələ keçirməsi üçün ən uğurlu məkanlardan biridir və müxtəlif formalarda insanların sadəlövhlüyündən istifadə edən cinayətkarlar onların bank məlumatlarını ələ keçirir, pul köçürmələri həyata keçirir və sair yollara əl atırlar.

    Azərtac-ın məlumatına görə, bu yaxınlarda Avstriyada yayılan yeni fırıldaq növü ölkədə geniş əks-səda doğurub.

    “Kronen Zeytunq” gündəlik qəzetinin verdiyi məlumata görə, ölkənin məşhur şəxsləri xüsusi hazırlanmış səhifələrdə guya uğurlu sərmayə yatırımları barədə məsləhətlər verirlər.

    Həmin səhifələrdə tanınmış teleaparıcı Armin Volf, milyarder, “Red Bull” markası ilə tanınan Ditrix Mateşits və “Oskar” mükafatı laureatı, kinoaktyor Kristof Valtsın adından vətəndaşlar bitcoin almağa dəvət olunurlar. Qəzetin məlumatına görə, xüsusi sponsorlar tərəfindən idarə olunan bu səhifələr irimiqyaslı dələduzluq kampaniyasından ibarətdir. Naməlum sponsorlar mümkün qədər çox sayda avstriyalını bitcoin tələsinə salmaq üçün xeyli pul xərcləyirlər.

    “Kronen Zeytunq” qəzeti insanları bu tələyə düşməməyə və diqqətli olmağa çağırıb. Artıq bir neçə həftədir ki, bu tələ işə düşüb, lakin son günlərdə dələduzlar daha da fəallaşıb və görünür ki, Feysbuk reklamlarına daha çox pul xərcləməyə başlayıblar.

    Xüsusilə hiyləgərcəsinə hazırlanmış bir məqam da ondan ibarətdir ki, linkin üzərinə basılan zaman qanuni və ciddi təsir bağışlamaq üçün “Kronen Zeytunq” qəzetinin loqosundan istifadə edən fırıldaqçı bir internet səhifəsi açılır. Özlərinin də xəbəri olmadan fırıldaqçılar tərəfindən sui-istifadə olunan məşhurların hamısı avstriyalıdır və çox da yüksək səviyyədə olmayan alman dilində yazılmış mətnlərlə zəngin bitcoin investorları kimi qələmə verilirlər. Fırıldaqçılar inandırmağa çalışırlar ki, bu cür zəngin olmaq istəyən hər kəs bitcoin investisiyasına qoşulmalıdır.

    Bu fırıldaqda özünün də xəbəri olmadan adı hallanan teleaparıcı Armin Volf Tvitter səhifəsində xəbərdarlıq yayıb. O, Feysbukda yayılan reklamlarla heç bir əlaqəsi olmadığını bildirib və insanları bu şübhəli investisiya təkliflərinə inanmamağa çağırıb.

    Qeyd edilməlidir ki, “sponsorlu” yazısından tanına bilən ödənişli Feysbuk reklamları, əsasən, həmişə inamsızlıq yaradır. Şübhəli adamlar burada kiçik məbləğlər qarşılığında böyük auditoriya əldə edərək bundan siyasi təbliğat və ya dələduzluq məqsədilə istifadə edə bilirlər. Bitkoin investisiyalarından başqa istifadəçilərdən məlumat və ya pul əldə etmək üçün məşhur olan vasitələrdən biri də saxta qumar oyunlarıdır. Buna görə də qəzet öz oxucularına Feysbuk reklamlarına həmişə diqqətlə yanaşmağı tövsiyə edir. Eyni zamanda, şübhə doğuran bu kimi reklamlar və səhifələri Feysbuk idarəedicilərinə şikayət etmək məsləhət görülüb.
    loading...