Xəbər lenti
Axtar
30 Eyl 2018, 17:24   
    1 118
 Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...


Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...

BAKI-XEBERTV.AZ


Xilafət dövründə Misirdə dəfinə axtaranlara mutalib adı verilirdi. Misir piramidalarında ilk köklü araşdırma Xəlifə Məmun dövründə aparılıb.

Kult.az xəbər verir ki, bu sözləri tarixçi, tədqiqatçı Əkbər Nəcəf qeyd edib. O bildirib ki, bütün dünyanın heyranlıqla izlədiyi Misir piramidalarında araşdırma aparanların əsas məqsədi qızıl əldə etmək olub:

“Əsasən Sfinks ətrafında aparılan bu araşdırmalarda məqsəd qızılı əldə etmək idi. Xəlifə Məmundan sonra Misirdə Tulunilər, İxşidilər, Fatimilər və Məmlüklər dövründə çox sayda məzar açılmış və sərvətinə dövlət adına əl qoyulmuşdu”.

Tarixçi bir sərdabədən çıxan qızılın miqdarını belə bir nümunə ilə göstərib:

“1922-ci ildə Firon Tutanxamonun məzarından çıxan sərvət Misir Mərkəzi Bankında saxlanan qızıl rezevlərindən iki dəfə çox idi.

Firon qəbirlərinin ən çox talan edildiyi dövr isə XIX əsrdir. Bu dövrdə Avropa dövlətləri xüsusi casuslarını bölgəyə göndərib dəfinə axtarmışdılar. Külli miqdarda qızıl məhz bu dövrdə yağmalanmışdı”.
loading...