Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Laçın Şəhidi Nəcəfov Etibar
  • Qanunsuzluqlara etiraz əlaməti olaraq Əkrəm Bəydəmirli Azərbaycan Televiziyasını məhkəməyə verib
  • “Zamanın axarında”n baxanda dünya aydın görünür...
  • Şəhid polkovnik Babək Səmidlinin ailəsinə Zəfər ordeni təqdim olundu
  • 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü qeyd olundu
  • Ordumuz dünya miqyasında güclülər sırasındadır - Prezident
  • Azərbaycanlılar Xankəndidəki erməni evlərini ala bilməz
  • Vitse Prezidentin tapşırıqları Samux rayonunda icra olunmur - VİDEO
  • Ermənistanı şoka salan gecə: 11 il öncə bu gün... - Video
  • Alimlər qütb parıltısının formalaşması prosesini laboratoriya şəraitində imitasiya ediblər
  • Yaralı döyüşçü anası səhlənkar məmurlardan Prezidentə şikayət etdi - VİDEO // FOTO
  • Erməniləri minalı sahəyə buraxmaq? Belə "qisas" olmaz!
  • Qarabağda iş başında şəhid olan jurnalistlərimiz – Tam siyahı
  • Veteranlar Təşkilatından jurnalistlərin ölümü ilə bağlı - Bəyanat
  • "Zəfər yolu" bu tarixdə hazır olacaq - Türk nazir
  • 28 may- Respublika Günü ərəfəsində Göyçay rayonunda uşaq bağçası və aztəminatlı ailə üçün fərdi ev tikilərək istifadəyə verildi
  • Rayon İcra Hakimiyyəti başçısı inzibati ərazi dairəsi üzrə nümayəndələrlə növbəti videokonfrans keçirdi
  • Əsl insan haqqında könül söhbəti - Xatirə
  • Xırdalanda təhsil müəssisə rəhbəri bizneslə də məşğul olur ? - FOTO
  • Azərbaycan helikopteri Türkiyədə məcburi eniş etdi - Video
  • İlham Əliyev Qarabağda yaşayan ermənilərin sayını AÇIQLADI
  • Vida baxışı - Xatirə-oçerk
  • “Azərsu” ASC-nin daxili qərarı sakinlərin kütləvi etirazına səbəb oldu – FOTO//VİDEO
  • Akademik Zərifə Əliyevanın doğum günüdür!
  • Daha bir şəhidimizin övladı dünyaya gəldi - Foto
  • 13 Mayıs 2018, 09:14   
        887
     Fərəh xanımın etimadı doğruldacağına əminəm!

    Fərəh xanımın etimadı doğruldacağına əminəm!
    Bağban əkib-becərdiyi bağın meyvələrilə öyündüyü kimi, valideynlər övladlarının, pedaqoqlar isə şagirdlərinin uğurlarını gördükcə sevinir.
    Belə valideynlərdən də biri Respublikamızın tanınmış ziyalılarından olan tanınmış jurnalist, Əməkdar Mədəniyyət işçisi, Professor Şirməmməd Hüseynovdur. Bu günlərdə 100-cü ildönümü qeyd ediləcək Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) araşdırıcılarından da biri məhz Şirməmməd müəllimdir. O, Azərbaycanın əksər görkəmli ziyalılarına, o cümlədən də mənə dərs deyib.Mən vaxtilə Şirməmməd müəllimlə birgə Azərbaycanın Xalq şairi, mərhum Bəxtiyar Vahabzadənin Şəkidəki evində, sonuncunun doğum günündə də iştirak etmişəm.
    2 gün öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncama əsasən Fərəh Şirməmməd qızı Əliyeva Prezident Administrasiyası Humanitar Siyasət Məsələləri şöbəsinə müdir təyin edildi.Etiraf edim ki, son 1 ay ərzində Dövlət Başçısının Sərəncamına əsasən bir neçə şəxsin mühüm vəzifələrə təyin edilməsinə böyük ümid bəsləmişəm: Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov, Azərbaycan Respublikası Diasporla iş Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri İnam Kərimov, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Milli Məclisin deputatı Rövşən Rzayev...
    Bu təyinatların sırasına hörmətli Fərəh Əliyevanın da adını qeyd edirəm.Əminəm ki, sadə və səmimi bir ailənin yetirməsi olan Fərəh xanım, ona göstərilən etimadı layiqincə doğruldacaqdır.
    Xatırladıram ki, Xanım Fərəh Əliyeva bu təyinatadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru vəzifəsində çalışıb.

    Şamil Sabiroğlu,
    "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri,
    "fact-info.az" və "xebertv.az" saytlarının redaktoru.
    Bakı, 13.05.2018.
    loading...