
Sıradan bir insan 3-cü dünya müharibəsinin başlayacağını desə, təbii olaraq, ona inanmazsınız. Bəzi insanlar kəhanətlərə inanır, bəziləri isə inanmır. 2-ci dünya müharibəsi vaxtı yaşamış öncəgörücü Alois İrlmayerin gələcəklə bağlı söylədiklərinə nəzər saldıqda, onun dediyi bir çox hadisələrin baş tutduğunu görmək mümkündür.
1894-cü ildə Almaniyada dünyaya gələn Alois bir mədəndə çalışırdı. Eyni zamanda gələcəkdən xəbər verən biri kimi tanınan bu şəxs həmin vaxtlarda 2-ci dünya müharibəsi boyunca bombalanacaq yerləri tam dəqiq olaraq təsbit edirdi.
Eyni zamanda o, müharibə zamanı ailələrindən itkin düşmüş şəxsləri tapması ilə də bilinir. O, bu istedadından müsbət şəkildə istifadə edirdi. Hökumətə də faydası olan Alois bir neçə gizli cinayətin üstünün açılmasına da yardım edib. Lakin bəzi insanlar onu cadugər, falçı deyə pisləməyə başlamışdı.

Kendi Ölümünü Bile Bilen Kahinden Korkunç 3. Dünya Savaşı Kehaneti!
Alois İrlmayerin ən çox diqqət çəkən açıqlaması isə 3-cü dünya müharibəsi ilə bağlı olub.
Tam dəqiq ilini söyləyə bilmədiyi 3-cü dünya müharibəsi ilə bağlı öngörücü bunları deyib: “3-cü dünya müharibəsi mütləq olacaq, amma tam olaraq ilini görə bilmirəm. Bu hadisə milyonlarla insan tərəfindən müşahidə ediləcək göy üzündəki işarətlərlə başlayacaq. Savaş yağışlı bir gecədə baş tutacaq. Sarı bir əjdaha Alyaskanı və Kanadanı eyni gündə işğal edəcək. Gəlişləri çox da uzaq deyil. Sonra sarı toz yağışı yağacaq. ABŞ-ın böyük ştatlarından biri raketlərlə məhv ediləcək və qərb tərəfi asiyalılar tərəfindən işğal olunacaq”.

Kendi Ölümünü Bile Bilen Kahinden Korkunç 3. Dünya Savaşı Kehaneti!
Alois İrlmayer bu söylədiklərinə görə yerli orqanlar tərəfindən fırıldaqçılıq ittihamı ilə həbs olunaraq, məhkəmə qarşısına çıxarılıb. Lakin məhkəmədə fırıldaqçı olmadığını sübut edən Alois hakimin qərarı ilə sərbəst buraxılıb.
Belə ki, o, dindirilmək üçün kürsüyə çıxarılarkən hakimin ona “özünü müdafiə et” deməsindən sonra zaldakı hər kəsi təəccübləndirib. Alois hakimə onun həyat yoldaşının həmin gün nə geyindiyini və səhər tezdən nə yediyini söyləyib. Aloisin söylədiklərinin doğru olduğunu görən hakim onun sərbəst qalmasına qərar verib.

Kendi Ölümünü Bile Bilen Kahinden Korkunç 3. Dünya Savaşı Kehaneti!
Öz ölüm tarixini belə, bilən bu şəxs öldüyü gün də hər kəsi təəccübləndirmişdi. Özünün təxmin etdiyi kimi, o, 1959-cu ilin iyul ayında vəfat etmişdi.
Onun ölümöncəsi son sözləri də olduqca maraqlı olub: “Gördüyüm şeyləri yaşamaq məcburiyyətində qalmadığım üçün ölməyimə çox sevinirəm”.(musavat.com)