• 21:18 – Qazaxıstanda sakinlər şok mesaj aldı: -380 dərəcə şaxta... 
  • 21:10 – AB-də süni intellektlə bağlı tarixi saziş 
  • 21:04 – Rusiya ilə əməkdaşlığı davam etdirəcəyik - Tokayev 
  • 21:02 – Şolts yalan danışır, utanmır - Medvedyev 

30-dan çox ölkə 84 min ukraynalı hərbçiyə təlim keçdi



30-dan çox ölkə 84 min ukraynalı hərbçiyə təlim keçdi


Rusiyanın təcavüzü başlayandan bəri Ukraynanın 84 minə yaxın hərbçisi 30-dan çox ölkədə təlim keçib.

XEBERTV.AZ  xəbər verir ki, “Foreign Policy” jurnalı bu barədə Pentaqonun nümayəndəsinə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, təkcə ABŞ-da “Strykers” zirehli transportyorlarını, piyadaların “Bradley” döyüş maşınlarını və digər texnikanı idarə etməyi bacaran 15 tabor formalaşdırılıb.

Qeyd edək ki, ABŞ yaxın zamanlarda Ukraynaya 31 ədəd “Abrams” tankı göndərəcək. Bu tankların idarə olunması üzrə təlimlər Birləşmiş Ştatların Almaniyadakı “Grafenwöhr” bazasında keçirilir. Bundan başqa, Kiyev Danimarkadan “Leopard” və T-72 tankları da alacaq. Lakin payız yağışları Vaşinqtonun Ukraynaya tədarük etdiyi “Abrams” tanklarının və digər texnikalıların hərəkətini çətinləşdirə bilər.

Axar.az

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →