
Azərbaycanda qarın hündürlüyü yarım metrə çatdı - VİDEO
16 Fevral 2023
“Naxçıvanda, Batabat gölü ətrafında qar örtüyünün hündürlüyü 30-50 sm arasında dəyişir. Ərazidə havanın temperaturu -13 dərəcədir”.
XEBERTV.AZ Report.az-a istinadən xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.
O bildirib ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda Batabat gölü ərazisində qarölçmə işləri həyata keçirilib. Məqsəd Naxçıvanın su ehtiyatlarını qiymətləndirməkdir.