
Xaçmaz rayon MKS-nin Gənclər kitabxana filialı Dadaşovlar ailəsinə səyyar kitabxana xidməti təşkil etmişdir
XEBERTV.AZ xəbər verir ki, 18.02.2019-cu il tarixində Xaçmaz rayon MKS-nin Gənclər kitabxana filialının müdiri Elnarə Məmmədova Cahangir Cahangirov küçəsində yaşayan Dadaşovlar ailəsinə səyyar kitabxana xidməti təşkil etmişdir. Səyyar kitabxana xidmətinin əsəs hədəfi şəhər sakinlərinin, gənclərin və təqaüdçülərin asudə vaxtının səmərəli təşkili, istirahət vaxtlarının mənalı keçirilməsi, kitab təbliği və kitabxanalara daha cox oxucu cəlb edilməsini təmin etməkdir. Xidmət zamanı Gənclər kitabxana filialının müdiri Elnarə Məmmədova Gənclər kitabxana filialının fondunda olan kitablar haqqında ümumi məlumat verdi və bədii ədəbiyyata aid kitabları onlara təqdim etdi. Lev Tolstoyun “Hacı Murad”, Brem Stokerin “Drakula”, Hüseyn Cavidin əsərləri, Cəfər Cabbarlının əsərləri və s. kitabları oxumağı tövsiyyə etdi. Seyran Dadaşova səyyar xidmətə görə Gənclər kitabxana filialının əməkdaşlarına öz minətdarlığını bildirdi və belə tədbirlərin tez-tez təşkil olunmasını arzuladı. Sonda ailə üzvlərinə anket açılaraq kitabxanaya üzv edildi.


Sevda İsmailova