İsveçrə səfiri İran XİN-ə çağırıldı

İsveçrənin İranın daxili işlərinə qarışmasından və saxta İran bayrağının şəklini dərc edən səfirliyinin hərəkətlərindən sonra İsveçrənin Tehrandakı səfiri Nadine Lozan Xarici İşlər Nazirliyinə çağırılıb.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
"Lozanoya bildirib ki, bu cür qeyri-ənənəvi fəaliyyət İran və İsveçrə arasındakı dostluq münasibətlərinə uyğun deyil və düzəldilməlidir. Lozano öz növbəsində hazırki vəziyyəti ilk fürsətdə öz ölkəsinə bildirəcəyini açıqlayıb",- məlumatda deyilir.
Qeyd edək ki, İsveçrənin Tehrandakı səfirliyi Tvitter səhifəsində İranda üç nəfərin edamını pisləyib, həmçinin tvitində İranın bayrağı əvəzinə saxta bayraqdan istifadə edib.