4 ölkə Ukrayna ilə bağlı bəyanat yaydı

Təhlükəsizlik üzrə dördtərəfli dialoq qrupuna daxil olan ABŞ, Avstraliya, Yaponiya və Hindistan Ukraynadakı vəziyyətlə bağlı bəyanat yayıb.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, sözügedən ölkələr Ukraynadakı vəziyyətdən narahatlıqlaını ifadə ediblər və problemlərin sülh yolu ilə həllinin tərəfdarı olduqlarını bildiriblər.
Vurğulanıb ki, hər dörd ölkə BMT Nizamnaməsinin prinsiplərinə, o cümlədən bütün dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmətin tərəfdarıdır.