Pakistanda silahlı hücum: 3 əsgər öldürüldü

Pakistanın Bəlucistan bölgəsinin Zərqun rayonunda təhlükəsizlik məntəqəsinə hücum edilib.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Pakistan ordusu məlumat yayıb.
Məlumata görə, qarşıdurma zamanı 3 əsgər həyatını itirib. 1 yaraqlı isə məhv edilib.
Heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.