Poroşenko elan etdi: Bugün-sabah başlayır!

Ukrayna ordusunun əks-hücum əməliyyatını aylar və ya həftələrlə gözləmək lazım gəlməyəcək. O, bugün-sabah başlayacaq.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko “El Mundo” nəşrinə müsahibəsində deyib.
“Biz fərqli nöqtələrə hücuma hazırlaşırıq”, - o bildirib.
Poroşenkonun sözlərinə görə, Avropa Ukraynaya öz təhlükəsizliyinin vacib elementi kimi baxır.