
G7 ölkələrinin liderləri Xirosimadakı sammitdə Ukraynanın bərpası, ona iqtisadi və humanitar yardımın göstərilməsi məsələlərinə baxacaqlar.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
Qeyd edək ki, G7 sammiti mayın 19-dan 21-dək Xirosimada keçiriləcək.