Makronu "zibil" adlandıran qadını böyük cərimə gözləyir

Fransada adı açıqlanmayan qadın pensiya islahatlarını müdafiə edən prezident Emmanuel Makronu təhqir etdiyinə görə saxlanılıb.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, televiziyada çıxış edən dövlət başçısını öz Feysbuk paylaşımında “zibil parçası” adlandıran vətəndaşı 12 min avro məbləğində cərimə gözləyir.
“13:00...biz həmişə televizorda bu natəmizliyi görürük”, - deyə o Feysbuk statusunda yazıb.
Əlli yaşı olan fransız qadın 2018-2019-cu illərdə “sarı jiletlər” etiraz aksiyalarının iştirakçısı olub.
Qeyd edək ki, bu etirazlar Makronun birinci prezidentliyi dövründə onun nüfuzuna ciddi zərbə vurub.