401-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 401-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 404 təyyarəsi, 227 helikopteri, 3625 PUA-sı, 414 zenit-raket kompleksi, 8487 tank və digər zirehli texnikası, 1076 reaktiv yaylım atəş sistemi, 4469 artilleriya və minaatanı, 9231 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.