Krım üzərində PUA vuruldu

Rusiya havadan-müdafiə sistemləri Krımın Sak rayonunda pilotsuz uçuş aparatını (PUA) vurub.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Krımın “rəhbəri” Sergey Aksyonov deyib.
“Bir neçə saat əvvəl Sakda dron vurulub”, - deyə o bildirib.
Aksyonovun sözlərinə görə, HHM sistemləri mütəmadi olaraq Krım üzərində uçan dronları hədəf alır.