Xəbər lenti
Axtar
07 Şub 2023, 17:33   
    45

Zelenski və Rəisi Ərdoğana zəng etdi

Ukrayna Prezidenti Vladimir Zelenski və İran dövlət başçısı İbrahim Rəisi türkiyəli həmkarları Rəcəb Tayyib Ərdoğana zəng ediblər.

XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ərdoğanın mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, onlar Türkiyədəki zəlzələdə həlak olmuş şəxslərlə bağlı Ərdoğana başsağlığı veriblər.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.
loading...