
Rusiya müharibənin 349-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
XEBERTV.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 382 təyyarəsi, 206 helikopteri, 3036 PUA-sı, 403 zenit-raket kompleksi, 7771 tank və digər zirehli texnikası, 1010 reaktiv yaylım atəş sistemi, 4020 artilleriya və minaatanı, 8282 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.